Gündəm
Elmar Məmmədyarov Rusiyaya gedib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, E.Məmmədyarov 4-5 dekabr tarixlərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.Tədbir çərçivəsində nazirin çıxışı nəzərdə tutulub.
Üçtərəfli görüş Azərbaycan, Türkiyə , Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək
“Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşü regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək”. “Olaylar” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) komitə sədrinin müavini Bəxtiyar Əliyev deyib.
“Qarabağ” “Roma” ilə görüşdə dəstəksiz qalacaq
Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq təmsilçimiz “Qarabağ” tribunadan dəstək ala bilməyəcək. Buna səbəb təmsilçimizi xarici ölkələrdə dəstəkləyən “İmarət Avropa” və “Milli Dəstə” fanklublarının “Qarabağ”ın oyunlarını boykot etməsi olub. Fanklubların rəhbərləri klubun azarkeşlərə lazımi dəstəyi göstərmədiyini və onların sorğularını gec cavablandırdığını bildirib. Buna görə də “Atletiko Madrid”lə keçirilən oyundan sonra hər iki azarkeş qrupu oyunlara getməyi boykot edib.
Acun “O ses Türkiye”dən gedir
Türkiyənin TV8 kanalının sahibi, məşhur aparıcı Acun Ilıcalı “O ses Türkiye”dən getməyə hazırlaşır. Acun iş rejiminin həddən artıq gərgin olduğunu bildirərək, gələn il “O ses Türkiye” verilişində aparıcılıq etməyəcəyini deyib: “Meksika və Braziliyada yeni işlərimiz olacaq. Həftənin cəmi 4 günü Türkiyədəyəm. Tez-tez Dominikana gedirəm. Ola bilər ki, verilişi gələn il Gökhana əmanət etdim.”
Hacı Məmmədov hansı müğənniyə "Mercedes" bağışlamışdı? - Qanqsterin himayədarlıq etdiyi məşhurlar - SİYAHI
Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov həm də bir çox müğənnilərin dostu kimi də tanınırdı. Bu müğənnilər sırasında mərhum xalq artisti İlhamə Quliyeva, Brilyant Dadaşova, əməkdar artistlər Manana Caparidze, Eyyub Yaqubov və Mətanət İsgəndərlinin də adı var. H. Məmmədov vaxtilə onları Qusarda yerləşən "Qarabulaq" restoranına toplayaraq, ziyafətlər təşkil edib. Həmin ərəfədə sözügedən müğənnilərin Hacı Məmmədovla fotoları da yayılırdı.
Bəstəkar İradə İbrahimovanın CAVABINI VERDİ: “Pişiyin əli ətə çatmayanda...”
Xəbər verdiyimiz kimi, İradə İbrahimovanın “Atv maqazin onlarla” proqramında Günay İbrahimli haqqında səsləndirdiyi fikirlər qalmaqala səbəb olub. Onun “Ürəyimin qatili” mahnısını plagiat adlandıran İradəyə bir cavab da mahnının bəstəkarı Pərviz Mahmudovdan gəlib.
18-ci əsrə aid İsa heykəlinin buduna gizlədilən məktub tapıldı - VİDEO
İspaniyada 18-ci əsrə aid olan İsa Məsih heykəlinin bərpası zamanı heykəlin budunda gizlədilən kağız parçası tapılıb. Qeyddə 18-ci əsrə aid məlumatlar yer alıb.
Milli Net 2017 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb
Milli İnternet Mükafatı - Milli Net 2017 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. Milli Net Təşkilat Komitəsindən “OLAYLAR”-a verilən xəbərə görə, bu il Müsabiqəyə 18 Nominasiya üzrə 392 internet resurs təqdim edilmişdi. Onlardan yalnız Qaydalara uyğun olan 291 resurs müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Bu il ilk dəfə olaraq mobil tətbiqlər və sosial media resursları ayrı nominasiyalarda müsabiqəyə qəbul edilib.
Paytaxtda yaşayış binasında YANĞIN: 34 nəfər təxliyə edildi
Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binanın 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb.
Hacı Məmmədov ağciyər xərçəngi və vərəmdən əziyyət çəkirmiş
Ötən gün intihar edən Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, H.Məmmədov ağciyər xərçəngi və vərəm xəstəliyindən əziyyət çəkirmiş. H.Məmmədovun xərçəng xəstəliyinə keçmiş MTN-in istintaq təcridxanasında saxlanıldığı vaxtlarda tutulduğu bildirilir. Ona şüa terapiyası da edilib. Lakin müalicə heç bir nəticə verməyib.
Hacı Məmmədovun intihardan əvvəl yazdığı məktubu tapıldı
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə ğörə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədov 3 dekabr 2017-ci il tarixdə yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
Gülbən Ərgenin keçmiş həyat yoldaşı kiminlə sevgilidi?
Məşhur xəbər aparıcısı, müğənni Gülbən Ərgənin keçmiş həyat yoldaşı Erhan Çelik yeni sevgilisi ilə birgə paparazzilərin obyektivlərinə tuş gəliblər. Olaylar.az bildirir ki, Erhan Çelikin yeni sevgilisi Beşiktaş tutbol komandasının prezidenti Fikrət Ormanın keçmiş həyat yoldaşı olan Sədəf Ormandı.
Anar keçmiş arvadının səsyazısını yaydı: "Sənin adını yerə soxum"
Reper Anar Nağılbaz keçmiş həyat yoldaşı Anjelikanın səs yazısını yayıb. Sosisal şəbəkələrdə paylaşılan səsdə xanımı Anarı təhdid edir və bunları deyir: "Elə eləmə hər şeyi açım danışım. Sən ucuz adamsan, ucuz reklama qaçansan.
Oksana ƏRƏ GEDİR: Mənim üçün başqa həyat başlamalıdır
Oksana ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır. Bu barədə "Atv maqazin onlarla"nın mikrafonuna danışan rəqqasə maraqlı etiraflar edib: "Mənə elə gəlir ki, mənim üçün başqa həyat başlamalıdır. Mən ailəmə söz vermişəm ki, mənim gələn il ailəm olmalıdır. Gələn ildən mənim üçün başqa həyat başlamalıdır. Çox istərdim ki, mənim həyatımda bir insan olsun, mənə dayaq olsun, yanımda olsun və mən onunla ailə həyatı qurum. Ola bilsin ki, mən böyük, təmtəraqlı toy etmədim".
Zərrabın ABŞ-a gedişinin “YOL XƏRİTƏSİ”: Ailəsi necə qaçırıldı? – ŞOK DETALLAR
ABŞ-da keçirilən məhkəmə prosesinə şahid kimi qatılan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabı oyuncağa çevirməyə qərar verən ABŞ-ın bu qərarı verdikdən sonra icra etdiyi “yol xəritəsi”nə dair hər gün yeni detallar ortaya çıxır.














