Gündəm
Bələdiyyə vergisinin toplanmasına nə mane olur?
Bələdiyyələrin maliyyə vasitələrinin və bələdiyyə büdcəsinin formalaşmasında fiziki şəxslərdən toplanan torpaq və əmlak vergiləri, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi və digər vergilər mühüm yer tutur.
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik
Bakutel-2017 23-cü beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisi və konfransı çərçivəsində yeni şəxsiyyət vəsiqələrinin təqdimatı keçiriləcək. Bunu sərginin açılışına həsr olunmuş mətbuat konfransı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Telekanalın mühasirəsi davam edir - Nazirdən TƏHDİD
Radikallar Kiyevdə “NewsOne” telekanalının binasını mühasirədə saxlamaqda davam edirlər. Bu haqda telekanalın saytında bildirilir. “Radikallar “NewsOne” telekanalının binasının ətrafından heç bir yerə getməyiblər”, - xəbərdə deyilir. Telekanal dünən axşam saatlarında mühasirəyə alınıb. Radikallar bunu kanalın siyasətindən razı olmaması ilə izah ediblər. Bundan başqa, Ukrayna Ali Radasının deputatı, telekanalın rəhbəri Yevgeni Murayevdən üzr istənilməsi tələb edilir. Kanalın rəhbəri daha əvvəl Maydan hadisələrini dövlət çevrilişi adlandırıb. Telekanal isə bunu söz azadlığına hücum kimi qiymətləndirir.
“Nardaran hadisələrinin arxasında xarici qüvvələr dayanırdı”
Nardaranda yaşayan insanlar inanclı insanlardır. Lakin Nardarana aidiyyəti olmayan bəzi qüvvələr bu insanların dini inanclarından öz məqsədləri naminə sui-istifadə etməyə cəhd göstərmişdilər. Bunu Nardaranda dini ekstremist qrupa qarşı keçirilən əməliyyatının 2-ci ildönümü ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Bakıda yanğın – 34 nəfər təxliyə edildi
Bakıda yaşayış binasında yanğın olub, 34 nəfər təxliyə edilib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb.Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Qaçırdığı maşınla qəza törətdi
DİN Mətbuat Xidmətindən “Olaylar”a bildirilib ki, dekabrın 3-nə keçən gecə Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Ramil Hüseynova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə məlumat daxil olub.
Qadını vuran 17 yaşlı sürücü saxlanıb
Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bu haqda Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin verilən birgə məlumatında deyilir.
Sürücü hadisə yerində ölüb
Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 3-də saat 6:00 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Əli Hacıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcısına vurub. Sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Cinayətlərin açılması 85,5 faiz təşkil edib
Cari ilin 9 ayında DİN və prokurorluq orqanları üzrə qeydə alınan cinayətlərin açılması 1,2 faiz yaxşılaşaraq 85,5 faiz təşkil edib. “Olaylar” DİN-in rəsmi saytına istinadənə xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirlikdə keçirilən kollegiya iclasında deyib. Qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin, qəsdən adam öldürmələrin, odlu silahla törədilən cinayətlərin, dələduzluqların, avtonəqliyyat vasitələrinin qaçırılmasının, hədə-qorxu ilə tələb etmələrin, quldurluqların, soyğunçuluqların, habelə xuliqanlıqların, yol-nəqliyyat hadisələrinin, qəzalarda həlak olanların və xəsarət alanların sayı azalıb. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitələrinin qaçırılması cinayətlərinin açılması da yaxşılaşıb.
Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR
Dünyanın əksər ölkələrində məktəbyaşlı uşaqların kütləvi piylənməsi müşahidə edilir. Buna səbəb məktəblilərin düzgün qidalanmaması, "fast-food" və qazlı içkilərdən daha çox istifadə etməsi göstərilir. Tez hazırlanan "fast-food"lar ölkəmizdə də uşaqların gündəlik və sevimli yeməyidir.
Qırmızı kart rekordçusu “Real Madrid”li ulduz oldu
İspaniya La Liqasının 14-cü həftəsində “Atletik Bilbao” ilə qarşılaşan “Real Madrid”in aqressiv müdafiəçisi Serxio Ramos kobud oyuna görə qırmızı kartla cəzalandırılıb. Ulduz futbolçu matçın 86-cı dəqiqəsində aldığı qırmızı kart ilə builki qırmızı kart sayını 19-a çatdırıb.
8 həftəlik uşağa qarşı QANDONDURAN HƏRƏKƏT - ANBAAN VİDEO (18+)
Dayə 8 həftəlik uşağı vəhşicəsinə döyüb döyüb. Vyetnamın Phy Ly şəhərində yaşanan hadisə valideynlərin evə kamera yerləşdirməsindən sonra aşkarlanıb.
XƏBƏRDARLIQ- Qar yağacaq
Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Günel əsəbiləşdi: “Artıq toyu soruşmayın”
Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova şəxsi həyatı ilə bağlı ünvanlanan suallara sərt cavab verib. Sənətçi bu cür söhbətlərdən yorulduğunu vurğulayıb: "Tənhalıq çox gözəldir. Əylənmək isə başqa bir gözəldir. Beynim rahatdır. İnamım sarsılmır. Layiq olmayanlara veriləcək dəyər qalmır. Sevgim, hörmətim mənimdir, var başqa deyəcəyiniz? Artıq "Toy nə vaxtdır" sualını verməyin. Bu işlər qismətdir. Allah nə vaxt məsləhət bilsə, onda olacaq".
Milli Məclis dekabrın 29-da sonucu dəfə yığışacaq
Azərbaycan Milli Məclisinin (MM) 2017-ci ildə və payız sessiyasında keçiriləcək sonuncu plenar iclasının tarixi açıqlanıb. Məlumata görə, MM-in sonuncu plenar iclası dekabrın 29-da olacaq. Bu tarixə qədər parlamentin daha iki plenar iclası keçiriləcək. Həmin iclaslar dekabrın 15-də və 22-də olacaq. Qeyd edək ki, MM-in sonuncu plenar iclası dekabrın 1-də keçirilib.














