Gündəm
Sabah Türkiyədə yer yerindən OYNAYACAQ - Sarsıdıcı İDDİA
CHP üzvləri xarici ölkənin lehinə casusluq edən Rza Zərraba məlumatları kimin verdiyinin açıqlanmasını tələb edirlər. Bu barədə CHP vəkili Özgür Özel deyib. Onun sözlərinə görə, mənbə açıqlanmasa CHP lideri hər şeyi ortaya çıxaracaq. “CHP liderinin AKP-yə verdiyi müddət başa çatır. Əgər sabah mənbə açıqlanmasa böyük bomba partlayacaq”, - deyə o bildirib.
Prezident İlham Əliyev Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülən işlərlə tanış olub - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub. Məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlət başçısına Aqropark barədə məlumat veriblər.
Səfir: “Türkmənistanın xarici siyasətinin əsasını neytrallıq və mehriban qonşuluq təşkil edir”
“Neytrallıq, sülhsevərlik və mehriban qonşuluq Türkmənistanın xarici siyasətinin əsasını təşkil edir”. Məlumata görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşankuliyev 12 dekabr-Beynəlxalq Neytrallıq günü ilə münasibəti ilə keçirdiyi mətbuat konfransında deyib.
Əcnəbi valideynlərin uşaqlarının doğum haqqında sənədinin qeydiyyat qaydası dəyişib
Ədliyyə Nazirliyinin Kollegiyası “Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edib.
Hüsnü Mahalli: "Suriyada terrorçuların məğlubiyyətinin əsas səbəbi general və yüksək rütbəli zabitlərin ön cəbhədə savaşmaları oldu”
Qətiyyən. Suriyanın ərazi bütövlüyü çərçivəsində indiyə qədər o biri xalqlara verilən haqların təkmilləşdirilməsindən söhbət gedə bilər. Suriyanın üstünə 100 ölkə gəlsə də, bu savaşdan qalib çıxdı. Bunun ən önəmli səbəbi nədir, bilirsənmi? İŞİD-ə, Nusraya və digər terror təşkilatlarına qarşı aparılan müharibənin ön cəbhələrində heç vaxt sıravi əsgərlər olmadı. Heç vaxt.
Moskva aeroportları iflic oldu: 300 reys təxirə düşdü
Moskvada güclü qar yağması və çovğunlu hava şəraiti ilə əlaqədar təxirə salınan aviareyslərin sayı 300-ü keçib. "Domodedovo" aeroportunun onlayn-uçuş cədvəlində 152 aviareysin gecikdiyi qeyd olunub.
Yaxın 5 gün ərzində BAŞLAYA BİLƏR - III Dünya müharibəsi XƏBƏRDARLIĞI
ABŞ və Cənubi Koreyanın Koreya yarımadası ətrafında birgə hərbi təlimə başlaması regionda müharibəyə gətirib çıxara bilər. Bu haqda Koreya Xalq Demokratik Respublikası (KXDR) dövlət nəşri olan “Rodong Sinmun”un məqaləsində deyilir. “Təlim açıq təxribatdır, hər an nüvə müharibəsinə gətirin çıxara bilər”, - nəşr xəbərdarlıq edib.
Azərbaycan prezidenti Aİ xüsusi nümayəndəsi ilə Qarabağ nizamlanmasını müzakirə edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatına görə, Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən Toivo Klaar Azərbaycan ilə daha yaxından tanış olmaqda maraqlı olduğunu vurğulayıb.
QİÇS-lə Mübarizə Günü qeyd olunub
Paytaxt məktəblərində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir, konfrans, “Dəyirmi masa” və mühazirələr təşkil edilib. Həmçinin, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb. Tədbirlərin təşkilində əsas məqsəd şagirdləri İİV/QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Qısqanc qadın oğlu ilə gəlinini yataq otağında da rahat buraxmadı - ŞOK FAKTLAR
İstanbulda 7 il öncə Ali G. ilə evlənərək Almaniyanın Solingen şəhərində yaşamağa başlayan S.G. adlı qadın ərini ona qısqanan və boşanmalarına səbəb olan qayınanasını məhkəməyə verib.
Komitə sədri: “Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur”
“Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurudur.
“Savaşçı”da PKK ilə döyüşən türk əsgərindən Azərbaycan bayrağına SAYĞI - VİDEO
Türkiyədə "Fox" TV-nin yayımladığı "Savaşçı" serilaının dünənki bölümündə terrorçularla döyüşən türk əsgərlərinin hərbi geyiminə Azərbaycan bayrağı vurulmuşdu.
Elçin Hüseynbəyli yazır... Anlamaq dərdi...
Bu adda məşhur əsər də var. Çoxlarınız oxuyub, ya da eşidib, yəqin... Səhər idman meydanına gedəndə qarşımdan bir sürü qara-qura it keçdi. “Yenə də itlər!?” deyə ürəyimdə acıqlandım, “şəhəri it basıb!” Amma bu söhbəti sonra edəcəm. Gələn köşəmdə. İndi isə daha aktual məsələdən danışmaq istəyirəm...
Paytaxtın məşhur otelində nələr baş verir?
Azərbaycanda bir qayda olaraq xarici şirkət və firmalarda, eləcə də birgə müəssisələrdə çalışan işçilərinin hüquqlarının kobud şəkildə pozulması barədə müntəzəm olaraq fikirlər səsləndirilir, məsələ gündəmə gəlir.
Uşaqlar və hamilə qadınlar arasında anemiya halları artır
Hazırda dünyada ən geniş yayılmış anemiya forması dəmir defisitli anemiyadır (DDA). Statistik məlumatlara görə, dəmir defisitindən dünyada 2 milyarddan artıq insan əziyyət çəkir. Anemiyanın həm böyüklərə, həm də uşaqlara mənfi təsirlərinin olması elmi cəhətdən sübut edilib. Belə ki, hamiləlik və doğuş zamanı ana ölümünün 40%-i anemiya ilə əlaqədardır.














