Komitə sədri: “Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur”

“Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurudur.

"Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurudur. Bu, Azərbaycan gəncinin və Azərbaycan idmanının uğurudur. Bu, Azərbaycanın inkişafının göstəricisidir. Bu,Azərbaycanın idmana olan yüksək münasibətidir və ölkəmizin idman siyasətinə verilən qiymətdir". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Komitə sədri bildirib ki, ayrı-ayrı ölkələrin gimnastika federasiyalarının rəhbərlərinin Fərid Qayıbov və Azərbaycan dagimnastikanını inkişafı ilə bağlı səsləndirdiklərif ikirlər çox qururvericidir: "Qısa müddət ərzində bu sahədə əldə edilən uğurlarda Fərid Qayıbovun da böyük əməyi var. Azərbaycan Gimnastika Federasiyası ardıcıl və düşünülmüş şəkildə fəaliyyət göstərir. Heç şübhəsiz ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu federasiyaya rəhbərlik etməsi öz sözünü deyir. Bu gün yalnız ölkəmizdə deyil, dünya səviyyəsində Azərbaycan Gimnastika Federasiyası nümunə kimigöstərilir. Bu, bizi sevindirir, qürurlandırır. Bu münasibətlə başda Fərid Qayıbov olmaqla bütün Azərbaycanı, idman ictimaiyyətini, gimnastlarımızı Milli Məclisin Gənclərvə İdmanKomitəsi adından təbrik edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31