Moskva aeroportları iflic oldu: 300 reys təxirə düşdü
Moskvada güclü qar yağması və çovğunlu hava şəraiti ilə əlaqədar təxirə salınan aviareyslərin sayı 300-ü keçib. "Domodedovo" aeroportunun onlayn-uçuş cədvəlində 152 aviareysin gecikdiyi qeyd olunub.
4 Dekabr 2017 14:06 DünyaMoskvada güclü qar yağması və çovğunlu hava şəraiti ilə əlaqədar təxirə salınan aviareyslərin sayı 300-ü keçib. "Domodedovo" aeroportunun onlayn-uçuş cədvəlində 152 aviareysin gecikdiyi qeyd olunub. "Şeremetyevo" hava limanında isə 107 aviareysin təxirə salındığı, daha 120 aviareysin ləngidiyi bildirilir. Moskva aeroportlarında eləcə də xarici aviaşirkətlərə məxsus təyyarələrin gecikdiyi bildirilir. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31