Gündəm

Sürüşmələr aktivləşib, yeni sürüşmə-uqçun sahələri yaranıb - SİYAHI

4 Dekabr 2017 14:56

Respublika ərazisində sürüşmə və uçqun sahələrinin vəziyyəti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Astara rayonunda Miki və Kijəbə, Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb.

Azərbaycanda 25 hiss edilən zəlzələ olub

4 Dekabr 2017 14:55

2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb. Bunu  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib. "Bunlardan 3642-si yerli, yəni Azərbaycan ərazisində baş verən zəlzələlərdir. Beş mindən çoxu isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir. Bu il respublika ərazisində 25 hiss olunan zəlzələ olub", - mərkəz rəsmisi bildirib.

Qızına müəllimindən gələn mesajları görən ata həyatının şokunu yaşadı

4 Dekabr 2017 14:53

Türkiyənin Isparta rayonunun Yalvaç qəsəbəsində riyaziyyat müəllimi H.E. (28), VII sinif şagirdi 2 qız uşağına əllə və sözlə cinsi təcavüz etdiyi iddiası ilə həbs olunub. Hadisə valideynlərdən birinin qızının mobil telefonunda müəllimin göndərdiyi intim məzmunlu mesajları görməsiylə ortaya çıxıb.

Novruz Məmmədov: "Beynəlxalq təşkilatlar, aparıcı ölkələr hadisələrin qarşısını almaq əvəzinə onların arxasınca sürünürlər"

4 Dekabr 2017 14:50

"Beynəlxalq təşkilatlar, aparıcı ölkələr hadisələrin qarşısını almaq əvəzinə onların arxasınca sürünürlər". Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.

Ermənistanın növbəti ədabazlığı, yaxud düşmən ordusunun rəhbərliyi Sarkisyanı aldadır?

4 Dekabr 2017 14:49

Dekabrın 2-də üzdəniraq Ermənistan adlı qurumun rəhbəri Serj Sarkisyan başda olmaqla quldur yığınından ibarət dəstənin üzvlərinin iştirakı ilə işğal olunmuş ərazilərimizdə qondarma Arçaxla birgə təlimlər keçirilidiyi bildirilib. Bu “miqyaslı” təlimləri bədnam qonşularımızın öz xalqı üçün quraşdırdığı şou və ermənisayağı növbəti ədabazlıq adlandırmağımız daha düzgün olardı.

Natavan Həbibinin boşanmasının ƏSL SƏBƏBİ: SƏN DEMƏ, DADO...

4 Dekabr 2017 14:46

Bu gün müğənni Natavan Həbibinin boşanma xəbəri gündəmə bomba kimi düşüb. Bu xəbərin ardından müxtəlif iddialar səslənməyə başlayıb. Kimisi evliliyin saxta olduğunu, kimisi isə Natavanın pul yığmaq üçün bu hərəkəti etdiyini bildirib. Ortalıqda gəzən digər iddialardan birini də Natavanın yaxın ətrafı səsləndirir. Onların iddiasına görə, Natavanın boşanmasına səbəb repçi həyat yoldaşı Dadonun narkotik vasitələrdən istifadə etməsidir.

İxrac missiyası Ciddəyə gedəcək

4 Dekabr 2017 14:42

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində olacaq. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirlik tərəfindən təşkil edilən ixrac missiyasına müsabiqə əsasında seçilmiş və meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 13 şirkət daxildir. İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olacaq, ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.

Hərraca 134 dövlət əmlakı çıxarılacaq

4 Dekabr 2017 14:41

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin ilk hərracının tarixi elan edilib.“Olaylar” komitəyə istinadən xəbər verir ki, gələn ilin 9 yanvarında keçiriləcək hərraca ümumilikdə 134 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan əmlakların 60-ı kiçik dövlət müəssisə və obyekti, 56-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 18-i isə səhmdar cəmiyyətlərdir. Bu hərraclarda istənilən fiziki və hüquqi şəxs iştirak edə bilər. Vətəndaş hərraca çıxarılan hər bir əmlakla komitənin rəsmi saytında emdk.gov.az o cümlədən privatization.az saytında tanış ola bilir. Hərraca çıxarılan 60 kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.

Qənirə Paşayeva ABŞ-da işğaldan danışdı

4 Dekabr 2017 14:39

Milli Məclisin deputatı Qənirə Paşayeva ABŞ-ın tanınmış qadın təşkilat rəhbərləri və təmsilçiləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Səməd Seyidov: Şərq Tərəfdaşlığı Sammitində qəbul olunmuş sənəd Azərbaycanın maraqlarına tam cavab verir”

4 Dekabr 2017 14:38

Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitimdə qəbul edilən Birgə Bəyannamədə əks olunan müddəalar Azərbaycanın maraqlarına tam cavab verir. “Olaylar” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

Fikrət Məmmədov Cəlilabadda qəbul keçirəcək

4 Dekabr 2017 14:36

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 5-də Cəlilabad rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Roma papasından daha çox katolik olmağa çalışanlar

4 Dekabr 2017 14:34

Artıq uzun illərdir ki, Azərbaycana qarşı şər üçbucağının formalaşdığının şahidinə çevrilməkdəyik. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, bu üçbucağın tərəflərindən birini Ermənistan, digərini Rusiya təşkil edirsə, üçüncü tərəfdə isə bir qayda olaraq Almaniya yer alır.

Torpaqlar niyə təyinatı üzrə istifadə edilmir?

4 Dekabr 2017 14:32

Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış müvafiq sərəncamla Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun təsdiq olunub. Sərəncamla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar vermə ilə əlaqədar cəzalar sərtləşdirilib.

Millət vəkili: “Hər üç ölkə bir-birinin inkişafında maraqlıdırlar" 

4 Dekabr 2017 14:29

“Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında hər üç dövlətin bir çox məsələlərdə ümumi baxışları var. Hər üç ölkə bir-birinin inkişafında maraqlıdırlar və beynəlxalq birlikdə birgə fəaliyyət göstərirlər”. Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Şiddət və təhqiri seçən qadınlar- Nigar Adil yazır...

4 Dekabr 2017 14:23

Azərbaycan ailələrinin əksəriyyətinin evlilik həyatı kağız üzərindədi. Və tərəflər bunu uşaqların boynuna qoyaraq çox zaman ömürlərinin sonlarına qədər də belə “yaşayırlar”. Üstəlik bunu da uşaqlara görə, onları düşünərək etdiklərini fəxr və qəhrəmancasına etiraf edirlər. Başlamadan bitən evliliklərini uşağa minnət yeri qoyanlar, əslində uşaqlara cəhənnəmi yaşatdıqlarını hiss etmirlər, yəqin.