Gündəm
Daha bir təhlükəli oyun - Ata qızını döyərək öldürür
Sony-nin təqdim etdiyi yeni oyun şiddətli səhnələrinə görə qınanılıb. Detroit: Become Human adlı video oyun atanın azyaşlı qızını döyüb öldürmə səhnəsinə görə sərt şəkildə tənqid edilib.
Türkiyədə zəhərlənənlərin sayı 51-ə çatdı
Türkiyənin Ağrı vilayətində dəm qazından zəhərlənənlərin sayı 51 nəfərə çatıb. Onlardan 45-i islah-əmək müəssisəsində xidmət edən hərbçi, 6-sə isə müəssisənin işçisidir.
Bakı əhalisinin sayı açıqlandı
İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 258 min 400 nəfərə çatıb. Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub. 2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı, əsasən, təbii artım hesabına baş verib.
Bakı rayonlarında orta aylıq maaş açıqlandı - CƏDVƏL
2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1607 nəfər artaraq 696446 nəfər olub.
ABŞ-ın daimi nümayəndəsi: "NATO Azərbaycanla sıx əlaqələrini davam etdirmək niyyətindədir"
NATO Azərbaycanla sıx əlaqələrini davam etdirmək niyyətindədir. Bunu cavablandırarkən ABŞ-ın NATO-dakı daimi nümayəndəsiKey Beli deyib. Daimi nümyəndə əlavə edib: "Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun mənzil-qərargahında olub. Qeyd etmək istəyirəm ki, Azərbaycan NATO-nun missiyalarında əhəmiyyətli rol oynayıb və biz bu ölkə ilə sıx əlaqələrimizi davam etdirmək istəyirik".
""İnter"də bu qədər birliyi heç vaxt görməmişəm"
İtaliya A Seriyasının 15-ci turunda "Kiyevo"nu 5 cavabsız qolla məğlub edən "İnter" turnir cədvəlində liderliyi ələ keçirib. "Nerazzurri"nin müdafiəçisi Andrea Ranokkiya komandanın bu uğurunu futbolçular arasında birlik və baş məşqçinin peşəkarlığı ilə əlaqələndirib.
"Bəzi ərli qadınlar az qalır gecə administratoru, fotoqrafı evinə aparsın"
"Qüsurlu doğulan körpələri ailələri öldürür" — Şimali Koreyadan qaçanların ŞOK ETİRAFI
Şimali Koreyadan qaçaraq Cənubi Koreyaya sığınan 30 nəfər dünyanın ən qapalı ölkəsi haqqında şok etiraflar ediblər. 30 nəfər Şimali Koreyanın ən böyük nüvə müəssisəsi olan "Punggye-ri" yaxınlığındakı Kilju bölgəsindən qaçıblar.
İran şirkəti Ermənistan polisini avtomobillə təmin edir
“İran Khodro” şirkətinin istehsal etdiyi 18 ədəd “Soren” markalı avtomobil Ermənistan polisinə təhvil verilib. Ermənistan polisi artıq bir neçə ildir ki “Iran Khodro”dan avtonəqliyyat vasitələri alır və bu günə qədər 75 avtomobil əldə edib.
Səhiyyə Nazirliyi: Ölkədə kəskin respirator xəstələnmə halları qeydə alınır
“Mövsümlə, yəni havaların soyuması ilə bağlı bütün dünyada olduğu kimi, Azərbaycanda da əhali arasında müəyyən kəskin respirator xəstələnmə halları qeydə alınır”. Bunu Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.
Türkiyə çempionu iki qapıçını gözüyaşlı qoydu
Türkiyə Superliqasının son iki çempionu olan “Beşiktaş” komandası liqanın 14-cü həftəsində “Qalatasaray”la oyun keçirib. Qara qartallar derbidə 3 qol və saysız qol vəziyyətləri ilə qonağı çətin vəziyyətə salıblar. Mövsümü liderlik kürsüsündə davam etdirən qalatasaraylı furbolçular isə çətin vəziyyət qarşısında şoka düşüblər. Komandanın təcrübəli qapıçısı Fernando Muslera matçdan sonra hislərinə hakim ola bilməyib və soyunma otağında göz yaşlarına qərq olub.
Jirinovski Putindən sonra ikinci oldu - Sorğu
Əgər gələn bazar günü Rusiyada prezident seçkisi keçirilsəydi, rusların 25%-i hazırkı prezident Vladimir Putinə səs verərdi. Bu nəticə “Romir” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğunun nəticələrinə əsasən, rusların Vladimir Putindən sonra ən çox güvəndiyi şəxs Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski (8%) olub. Ondan sonrakı yerlərdə Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov (7%), blogger Aleksey Navalnı (3%), teleaparıcı Kseniya Sobçak (2%), Yabloko Partiyasının sədri Qriqori Yavlinski (2%) yer alıb.
Ay Yerə rekord həddə yaxınlaşdı – Super Ay
Bazar ertəsi səhər saatlarında Ay Yer planetinə 2017-ci ildəki ən yaxın məsafədə - 357 min 495 kilometr aralıda dayanıb. Bu barədə Rusiya mətbuatı yazıb. Məlumata görə, Ay həmin məsafədə olarkən 14 faiz daha böyük və 30 faiz daha parlaq müşahidə olunub.
Türkün qızıl kitabı adlanan “Генезис тюрка и тюркского языка (на основе клинописи)” kitabı işıq üzü görüb
ABŞ da yaşayan gökəmli türkçü alimimiz Tariyel Azərtürkün 1300 səhifəlik Türkün qızıl kitabı adlanan “Генезис тюрка и тюркского языка (на основе клинописи)” kitabı axır ki, ərsəyə gəldi və kitab Qırğızıstanda işıq üzü gördü.
PA rəsmisi: "Avropa İttifaqının separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir”
"Avropa İttifaqının ötən illərdə separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir”. Məlumata görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.














