Daha bir təhlükəli oyun - Ata qızını döyərək öldürür
Sony-nin təqdim etdiyi yeni oyun şiddətli səhnələrinə görə qınanılıb. Detroit: Become Human adlı video oyun atanın azyaşlı qızını döyüb öldürmə səhnəsinə görə sərt şəkildə tənqid edilib.
4 Dekabr 2017 15:44 DünyaSony-nin təqdim etdiyi yeni oyun şiddətli səhnələrinə görə qınanılıb. Detroit: Become Human adlı video oyun atanın azyaşlı qızını döyüb öldürmə səhnəsinə görə sərt şəkildə tənqid edilib.
Səhnədə üç şəxs iştirak edir. Todd adlı ata, Alice adlı qızı və Kara adlı baxıcı. Ata anidən qəzəblənir. O, Alice adlı qızına qışqıraraq deyir: "Atan çox əsəbiləşib". Bu zaman onun əlində bel kəməri olur. Növbəti səhnədə isə qız cansız halda yatağa uzanmış olur. Kişi deyir: "Bitdi, artıq atan o qədər də əsəbi deyil".
Qeyd edək ki, qalmaqallı oyun Amazon-da 46 fund sterlinqə satışa çıxarılıb. Oyundakı şiddətli səhnələr narazılığa səbəb olub. Milli.az xarici mətbuata istinadla xəbər verir.