Ay Yerə rekord həddə yaxınlaşdı – Super Ay
Bazar ertəsi səhər saatlarında Ay Yer planetinə 2017-ci ildəki ən yaxın məsafədə - 357 min 495 kilometr aralıda dayanıb. Bu barədə Rusiya mətbuatı yazıb. Məlumata görə, Ay həmin məsafədə olarkən 14 faiz daha böyük və 30 faiz daha parlaq müşahidə olunub.
4 Dekabr 2017 15:13 DünyaBazar ertəsi səhər saatlarında Ay Yer planetinə 2017-ci ildəki ən yaxın məsafədə - 357 min 495 kilometr aralıda dayanıb. Bu barədə Rusiya mətbuatı yazıb. Məlumata görə, Ay həmin məsafədə olarkən 14 faiz daha böyük və 30 faiz daha parlaq müşahidə olunub.
"Dekabr hadisəsi bir sıra Super Ayların başlanğıcı olacaq. Növbəti iki ayda müşahidə olunacaq bütöv Ay da Super Ay hesab olunacaq. Super Ay hər il müşahidə olunur, ancaq bu iki anın ( Super Ay və Bütöv Ay) bir-birinə yaxın zamanlarda baş verməsi kifayət qədər nadir hadisədir", - məlumatda deyilib.
Qeyd edək ki, növbəti Super Ay yanvarın 2-də müşahidə olunacaq. Axar.az