""İnter"də bu qədər birliyi heç vaxt görməmişəm"
İtaliya A Seriyasının 15-ci turunda "Kiyevo"nu 5 cavabsız qolla məğlub edən "İnter" turnir cədvəlində liderliyi ələ keçirib. "Nerazzurri"nin müdafiəçisi Andrea Ranokkiya komandanın bu uğurunu futbolçular arasında birlik və baş məşqçinin peşəkarlığı ilə əlaqələndirib.
4 Dekabr 2017 15:32 İdmanİtaliya A Seriyasının 15-ci turunda "Kiyevo"nu 5 cavabsız qolla məğlub edən "İnter" turnir cədvəlində liderliyi ələ keçirib. "Nerazzurri"nin müdafiəçisi Andrea Ranokkiya komandanın bu uğurunu futbolçular arasında birlik və baş məşqçinin peşəkarlığı ilə əlaqələndirib.
"Son illərdə "İnter"i müxtəlif vəziyyətlərdə görmüşəm. Amma heç vaxt heyətdə bu qədər birlik görməmişdim. Hətta ehtiyat oyunçular da hər zaman meydana çıxmağa hazırdır. Spaletti əla mütəxəsisdir. O, hər kəsə eyni gözlə baxır. Futbolçunun kim olduğu və nə qədər məvacib aldığı fərq etmir. "İnter"in paltardəyişmə otağında olan atmosferə indiyə qədər rast gəlməmişdim". Goal.az