Gündəm

İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycana torpağı sayırıq”

4 Dekabr 2017 16:32

“Biz Dağlıq Qarabağ ərazisini İslam torpaqlarının bir parçası və Azərbaycana aid torpaq bilirik”.  Bu sözləri İran parlamentinin Urmiyadan olan üzvü Seyid Hadi Bahaduri İran mətbuatında qondarma “DQR”in “xarici işlər naziri” Masis Mailyanın müsahibəsinə münasibət bildirərkən deyib.

“İş yerinə dair arayış” 752,4 min dəfə müraciət edilib

4 Dekabr 2017 16:27

Noyabr ayında “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artıb İndiyədək bu e-xidmətə 752,4 min dəfə müraciət olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti işəgötürənə müraciət olunmadan, bunun üçün müəyyən vaxt sərf edilmədən, istənilən vaxt iş yerinə dair arayış əldə edə bilməyə imkan verir.

ABŞ qlobal razılaşmada iştirak etməyəcək

4 Dekabr 2017 16:24

ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonun bundan sonra Qlobal Miqrasiya razılaşmasında iştirak etməyəcəyinə dair BMT-yə bəyanat göndərib. “Amerikanın Səsi”nin yaydığı məlumata görə, sənəddə vurğulanıb ki, bu proqram ABŞ-ın immiqrasiya siyasətinə uyğun gəlmir. Tillersonun sözlərinə görə, ABŞ miqrasiya məsələlərində beynəlxalq əməkdaşlığı dəstəkləyir, lakin suveren ölkələr bunun təhlükəsiz və leqal olması üçün daha çox məsuliyyət daşıyırlar.

Hacı Məmmədovun bu qəbirdə dəfn olunacağı gözlənilir

4 Dekabr 2017 16:22

DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, həbsxanada intihar etdiyi açıqlanan qanqster Hacı Məmmədovun meyitinin ailəsinə təhvil verilməsi və gözlənilən dəfni ətrafında qeyri-müəyyən vəziyyət davam edir.

ABŞ və Cənubi Koreya tarixdə ən böyük birgə hərbi təlimlərə başlayıb

4 Dekabr 2017 16:16

ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin dekabrın 4-də başlayan ən irimiqyaslı birgə təlimlərində yüzlərlə təyyarə iştirak edir. “Associated Press” agentliyinin yaydığı məlumata əsasən, birgə manevrlər KXDR-in ötən həftəki qitələrarası ballistik raket sınağına cavab olaraq keçirilir.

Türkiyənin bəzi əyalətlərində güclü şaxta qeydə alınıb

4 Dekabr 2017 16:12

Türkiyənin şərq əyalətlərində güclü şaxta qeydə alınıb. Məlumata görə, ən aşağı temperatur Qars əyalətində qeydə alınıb. Belə ki, burada havanın temperaturu -13 dərəcə olub. 

Erməni boksçular mafiya ilə əlaqədə şübhəli bilinir

4 Dekabr 2017 16:10

Almaniyada hüquq-mühafizə orqanları erməni əsilli boksçular Karo Murat və Artur Abrahamı mafiya ilə əlaqələri olmaqda şübhəli bilir.  K.Murat 3 il əvvəl Erfurt şəhərində silahlı qruplaşmalar arasında atışmada iştirak etməkdə, A.Abraham isə bu ilin aprelində mafiya üzvləri ilə əlaqədə şübhəli bilinir.

Bürclərə görə 2018-ci ilin PROQNOZU: SARI İT İLİ kimlər üçün UĞURLU OLACAQ?

4 Dekabr 2017 16:05

Xəbər verdiyimiz kimi 2018-ci il Sarı İt ili üzərində təhvil olacaq. Zodiak işarələri üzrə qarşıdan gələn İt ili üçün astroloqların proqnozu.

Qərb Ukraynaya dəstəyini kəsəcək, əgər... - Kiyevə TƏHDİD

4 Dekabr 2017 16:01

“Vaşinqton Kiyevə dəstəyini saxlayır, amma bu, əbədi deyil”. Bunu ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı, general-leytenant Ben Hodces “Ukraynskaya Pravda” nəşrinə müsahibəsində deyib.

Azərbaycanda hər zaman fikir və söz azadlığına böyük diqqət yetirilib

4 Dekabr 2017 15:54

Azərbaycan özünün demokratik ənənələrə sadiqliyi ilə seçilən ölkələr sırasında əzmlə irəliləyir, addımlayır. Ölkədə demokratik cəmiyyətlərə xas olan bütün hallar, xüsusiyyətlər inkişaf etdirilir, bu sahədə zaman-zaman məqsədyönlü islahatlar həyata keçirilir.

6 kq narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb

4 Dekabr 2017 15:52

Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

ADA Universiteti və Coca-Cola 40 min ağac əkib

4 Dekabr 2017 15:49

“Coca-Cola” və ADA Universitetinin birgə təşkilatçılığıilə həyata keçirilən“Ağac əkək, təbiətə töhfə verək” layihəsi çərçivəsində BMX Veloparkında növbəti agacəkmə aksiyası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, ADA Universitetinin tələbələri, “Coca-Cola”nın əməkdaşları və Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri ənənəvi olaraq şam və zeytun ağacları əkərək veloparkın 30 hektaradək ərazisinin yaşıllaşdırılmasını tamamlayıblar. Son 2 il ərzində məhz bu layihə çərçivəsində BMX Veloparkda 26,5 min şam və zeytun ağacları əkilib. Təşkilatçıların sözlərinə görə, bütün ağaclar damcı suvarma sistemi ilə təchiz edilib ki, bu da onların uzunömürlü olmasını və suvarma zamanı ildə 40 mln litr suya qənaətə səbəb olur.

İntellektual Birİnci Naxçıvanda

4 Dekabr 2017 15:49

“Azərbaycan İntellektual Birİncisi” layihəsinin Naxçıvan Muxtar Respublikasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə regional turniri Naxçıvan şəhərində keçirilib. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Azad Cabbarov Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən, Naxçıvan Muxtar Respublikasında da gənclərin inkişafı üçün atılan addımlardan bəhs edib. “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov qeyd edib ki, Ölkəmizdə gənclərə, onların inkişafına dəstək istiqamətində çox addımlar atılır. Rəsmilərin çıxışı başa çatdıqdan sonra komandalar 4 intellektual oyun üzrə yarışıblar.

İran KİV-i: Yəmənin sabiq prezidenti öldürüldü

4 Dekabr 2017 15:49

Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh öldürülüb. Xəbəri öz mənbələrinə istinadən Tasnim agentliyi yayıb. İnformasiya hələ rəsmən təsdiq olunmayıb. Məlumata görə, keçmiş dövlət başçısının tərəfdarları ilə husilər arasında atışma son həftədə yenidən şiddətlənib.

"İşğal olunmuş Dağlıq Qarabağda cinayətkar qruplaşmalar üçün şərait yaradılıb"

4 Dekabr 2017 15:47

"Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə terrorizmin maliyyələşdirilməsi arasında açıq əlaqəni qeyd etməmək mümkün deyil". Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya Dövlət Dumasında keçirilən "Parlamentarilər narkotiklərə qarşı" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.