Türkiyənin bəzi əyalətlərində güclü şaxta qeydə alınıb
Türkiyənin şərq əyalətlərində güclü şaxta qeydə alınıb. Məlumata görə, ən aşağı temperatur Qars əyalətində qeydə alınıb. Belə ki, burada havanın temperaturu -13 dərəcə olub.
4 Dekabr 2017 16:12 DünyaTürkiyənin şərq əyalətlərində güclü şaxta qeydə alınıb. Məlumata görə, ən aşağı temperatur Qars əyalətində qeydə alınıb. Belə ki, burada havanın temperaturu -13 dərəcə olub. Bununla yanaşı, Ərdahanda 12, Ərzurumda 7 dərəcə şaxta qeydə alınıb. Adıçəkilən əyalətlərdə əlverişsiz hava şəraiti səbəbindən bəzi kəndlərin şəhər mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Olaylar.az Trend-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31