İntellektual Birİnci Naxçıvanda
“Azərbaycan İntellektual Birİncisi” layihəsinin Naxçıvan Muxtar Respublikasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə regional turniri Naxçıvan şəhərində keçirilib. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Azad Cabbarov Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən, Naxçıvan Muxtar Respublikasında da gənclərin inkişafı üçün atılan addımlardan bəhs edib. “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov qeyd edib ki, Ölkəmizdə gənclərə, onların inkişafına dəstək istiqamətində çox addımlar atılır. Rəsmilərin çıxışı başa çatdıqdan sonra komandalar 4 intellektual oyun üzrə yarışıblar.
4 Dekabr 2017 15:49 Sosial"Azərbaycan İntellektual Birİncisi" layihəsinin Naxçıvan Muxtar Respublikasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə regional turniri Naxçıvan şəhərində keçirilib. "OLAYLAR"-a İctimai Birlikdən verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Azad Cabbarov Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən, Naxçıvan Muxtar Respublikasında da gənclərin inkişafı üçün atılan addımlardan bəhs edib. "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov qeyd edib ki, Ölkəmizdə gənclərə, onların inkişafına dəstək istiqamətində çox addımlar atılır. Rəsmilərin çıxışı başa çatdıqdan sonra komandalar 4 intellektual oyun üzrə yarışıblar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və 6 dekabr 2017-ci il tarixində, Bakı şəhərində keçiriləcəkdir.