ADA Universiteti və Coca-Cola 40 min ağac əkib
“Coca-Cola” və ADA Universitetinin birgə təşkilatçılığıilə həyata keçirilən“Ağac əkək, təbiətə töhfə verək” layihəsi çərçivəsində BMX Veloparkında növbəti agacəkmə aksiyası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, ADA Universitetinin tələbələri, “Coca-Cola”nın əməkdaşları və Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri ənənəvi olaraq şam və zeytun ağacları əkərək veloparkın 30 hektaradək ərazisinin yaşıllaşdırılmasını tamamlayıblar. Son 2 il ərzində məhz bu layihə çərçivəsində BMX Veloparkda 26,5 min şam və zeytun ağacları əkilib. Təşkilatçıların sözlərinə görə, bütün ağaclar damcı suvarma sistemi ilə təchiz edilib ki, bu da onların uzunömürlü olmasını və suvarma zamanı ildə 40 mln litr suya qənaətə səbəb olur.
4 Dekabr 2017 15:49 Sosial"Coca-Cola" və ADA Universitetinin birgə təşkilatçılığıilə həyata keçirilən "Ağac əkək, təbiətə töhfə verək" layihəsi çərçivəsində BMX Veloparkında növbəti agacəkmə aksiyası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, ADA Universitetinin tələbələri, "Coca-Cola"nın əməkdaşları və Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri ənənəvi olaraq şam və zeytun ağacları əkərək veloparkın 30 hektaradək ərazisinin yaşıllaşdırılmasını tamamlayıblar. Son 2 il ərzində məhz bu layihə çərçivəsində BMX Veloparkda 26,5 min şam və zeytun ağacları əkilib. Təşkilatçıların sözlərinə görə, bütün ağaclar damcı suvarma sistemi ilə təchiz edilib ki, bu da onların uzunömürlü olmasını və suvarma zamanı ildə 40 mln litr suya qənaətə səbəb olur.
Qeyd edilib ki, 2014-cü ilin fevral ayından icrasına başlanan layihədə ümumilikdə 100 mindən çox ağacın əkilməsi nəzərdə tutulur. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində Ələt, Siyəzən və Şıxovda daxil olmaqla44 hektara yaxın boş ərazilərdə 40 min zeytun və şam ağacları əkilib.