“Qarabağ” “Roma” ilə görüşdə dəstəksiz qalacaq

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq təmsilçimiz “Qarabağ” tribunadan dəstək ala bilməyəcək. Buna səbəb təmsilçimizi xarici ölkələrdə dəstəkləyən “İmarət Avropa” və “Milli Dəstə” fanklublarının “Qarabağ”ın oyunlarını boykot etməsi olub. Fanklubların rəhbərləri klubun azarkeşlərə lazımi dəstəyi göstərmədiyini və onların sorğularını gec cavablandırdığını bildirib. Buna görə də “Atletiko Madrid”lə keçirilən oyundan sonra hər iki azarkeş qrupu oyunlara getməyi boykot edib.

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İtaliyanın "Roma" komandası ilə qarşılaşacaq təmsilçimiz "Qarabağ" tribunadan dəstək ala bilməyəcək. Buna səbəb təmsilçimizi xarici ölkələrdə dəstəkləyən "İmarət Avropa" və "Milli Dəstə" fanklublarının "Qarabağ"ın oyunlarını boykot etməsi olub. Fanklubların rəhbərləri klubun azarkeşlərə lazımi dəstəyi göstərmədiyini və onların sorğularını gec cavablandırdığını bildirib. Buna görə də "Atletiko Madrid"lə keçirilən oyundan sonra hər iki azarkeş qrupu oyunlara getməyi boykot edib.

Hər iki fanklub klubun nümayəndələri ilə görüş keçirib və klub tərəfindən bütün problemlərin həll ediləcəyinə dair söz verilib. Lakin azarkeşlər əvvəlki vəziyyətin davam etdiyini və heç bir problemin həll edilmədiyini bildiriblər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31