İradə İbrahimovadan Günay İbrahimliyə SƏRT SÖZLƏR, Röyaya MƏSLƏHƏT - VİDEO

Bu həftə “ATV maqazin onlarla” proqramında onluğu müğənni İradə İbrahimova təyin edib. Alovlu nitqi ilə yaddaqalan İbrahimova ilk olaraq Rəhim Rəhimlinin mahnılarını bəyənmədiyini söyləyib: “Mən bunu mahnı kimi görmürəm, bəlkə rep ola bilərdi. Rəhimin səhnədəki görüntüsünü sevirəm, repertuarını, seçdiyi mahnıları heç vaxt bəyənməmişəm. Rəhim zamanında Bakıya gələndə məndən bir mahnımın “minus”unu istəyib yalnız şou proqramlarda oxuyacağını dedi, amma çıxıb efirdə oxudu. Kaş ki, halallıq alsaydı. Düzdür, mən ona halallıq verirəm. Amma yenə də xəbər etməli idi”.

Bu həftə "ATV maqazin onlarla" proqramında onluğu müğənni İradə İbrahimova təyin edib. Alovlu nitqi ilə yaddaqalan İbrahimova ilk olaraq Rəhim Rəhimlinin mahnılarını bəyənmədiyini söyləyib: "Mən bunu mahnı kimi görmürəm, bəlkə rep ola bilərdi. Rəhimin səhnədəki görüntüsünü sevirəm, repertuarını, seçdiyi mahnıları heç vaxt bəyənməmişəm. Rəhim zamanında Bakıya gələndə məndən bir mahnımın "minus"unu istəyib yalnız şou proqramlarda oxuyacağını dedi, amma çıxıb efirdə oxudu. Kaş ki, halallıq alsaydı. Düzdür, mən ona halallıq verirəm. Amma yenə də xəbər etməli idi".

İ.İbrahimova daha sonra Günay İbrahimlinin ifasını plagiat adlandırıb:

"Mahnını bəyənmədim. Sanki bir neçə mahnının yığmasıdır. Elə bil plagiatdır. Günay izlədiyim, səhnədə bəyəndiyim müğənnidir. İlk başda özünü mənə bənzətməklə start verdi. Sonra gördü o yerin sahibi var. Belə davam edə bilməz. Səs rəngini çox bəyənirəm. Kaş ki, özünü başqasına bənzətməsə, bir az da onu Röyaya oxşadıram".

İ.İbrahimova Günayın "Onu Türkiyədə heç kim tanımır" sözlərinə də cavab verib:

"Deyib ki, İradəni Türkiyədə heç kim tanımır. Mən bunu hər zaman etiraf edirəm ki, məni orada tanımırlar. Yalnız Cem Yılmaz tanıyır. O, mənim üçün yetərlidir. İnşallah, məni yox, Günayı tanıyarlar. Azərbaycan şou-biznesində olduğumu iddia etmirəm. Çünki əvvəlki tempimdə ola bilmərəm. İki uşağım və ailəm var. İnşallah, ona da qismət olar".

Günelə "bala"sı kimi baxdığını deyən İradə onun da yeni mahnısının "tutmadığını" bildirib:

"Əslində ona balam kimi baxıram. Çox şirindir, özünü sevdirəndir. Sonuncu mahnısı vurub, dağıdıb, tökən mahnı deyil. Onun səsini bəyənirəm".

İbrahimova Əməkdar artist Röya Ayxana da məsləhət verməyi yaddan çıxarmayıb:

"Əgər, "Səndən başqa" mahnısını Türkiyə üçün edirsə, çox heyif. "Sizdə bir Röya var, filan mahnısını eşitmişəm" deyəni eşitməmişəm. Heç kimin də elə bir cəhdi olmasın, gərək yoxdur. Oranın Demet Akalını gəlib burada Xalq artisti ola bilməzsə, eləcə də buradakılar orada star ola bilməz".

Xalq artisti Aygün Kazımovanı ikinci edib, Zülfiyyə Xanbabayevanı zirvəyə yerləşdirən İradə Zülfiyyəni çox sevdiyini bildirsə də, özünü ona oxşatmadığını bildirib:

"Zülfiyyə mənim üçün örnək olub. Amma, özümü ona oxşatmağa çalışmamışam".

O, bu sözləri deyərək Günay İbrahimliyə sərt ismarış göndərib.

Qeyd edək ki, o, onluqdan Miri Yusifi çıxarıb:

"Əslində Rəhim Rəhimlini çıxarmalı idim. Miri Yusifin ancaq duetlərinə qulaq asıram, tək mahnısını heç vaxt girib dinləməmişəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31