Səkinə İsmayılova Sufi və Mistik Musiqi Festivalında
Artıq 18 ildir ki, mütəmadi olaraq hər il Hindistanın 10-dan çox şəhərlərində keçirilən “Ruhiyyət” adlı Sufi və Mistik Musiqi Festivalında Türkiyə, Azərbaycan, Misir, Afrika, Kəşmir, Rusiya, Hindistan və digər ölkələrdən tanınmış musiqiçilər dəvət olunur. Olaylar.az bildirir ki, Azərbaycanı bu il festivalda Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının professoru, Xalq artisti Səkinə İsmayılova, konsertmeyster Ramin Rzayev, Əməkdar artist Fəridə Məlikova və Ruhulla Dadaşov təmsil ediblər. Festivalın açılışında iştirak edən sənətkarlar Mahur-hindi və Bayatı-Şiraz muğamını, eləcə də təsnif və xalq mahnısını səsləndiriblər.
4 Dekabr 2017 10:59 MədəniyyətArtıq 18 ildir ki, mütəmadi olaraq hər il Hindistanın 10-dan çox şəhərlərində keçirilən "Ruhiyyət" adlı Sufi və Mistik Musiqi Festivalında Türkiyə, Azərbaycan, Misir, Afrika, Kəşmir, Rusiya, Hindistan və digər ölkələrdən tanınmış musiqiçilər dəvət olunur.
Olaylar.az bildirir ki, Azərbaycanı bu il festivalda Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının professoru, Xalq artisti Səkinə İsmayılova, konsertmeyster Ramin Rzayev, Əməkdar artist Fəridə Məlikova və Ruhulla Dadaşov təmsil ediblər. Festivalın açılışında iştirak edən sənətkarlar Mahur-hindi və Bayatı-Şiraz muğamını, eləcə də təsnif və xalq mahnısını səsləndiriblər.
Beynəlxalq festivalda bir çox fərqli mədəniyyətlərin sintezindən yaranan orijinal kompazisiyalar və ifalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.