“Əhli-beyt sevənlərin yurdu Azərbaycan” adlı sənədli filmin təqdimatı keçirilib  

Bakıda, “World Business Center” (Dünya Biznes Mərkəzi) iş mərkəzinin akt zalında yeni, “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” adlı sənədli filminin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, film Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təşəbbüsünə dəstək olaraq Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun sifarişi ilə ərsəyə gəlib.

Bakıda, "World Business Center" (Dünya Biznes Mərkəzi) iş mərkəzinin akt zalında yeni, "Əhli-beyt sevənlərin yurdu Azərbaycan" adlı sənədli filminin təqdimat mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, film Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi təşəbbüsünə dəstək olaraq Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun sifarişi ilə ərsəyə gəlib. Filmin təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İƏT Gənclər Forumunun səlahiyyətli nümayəndələri, Bakı və ətraf qəsəbələrin dini icma rəhbərləri və imamları, dini icmaların, ictimai birliklərin, gənclər təşkilatlarının üzvləri, eləcə də filmin yaradıcı heyəti iştirak edib. Təqdimat mərasimində çıxış edən DQİDK şöbə müdiri Əliheydər Zülfüqarov, filmin eksperti, QMİ Fətva şöbəsi müdiri, BDU İlahiyyat dosenti Aqil Şirinov, filmin ssenaristi, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov, filmin sifarisçisi olan İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov "Əhli-beyt sevənlərin yurdu Azərbaycan" sənədli filmi və filmin məqsədləri haqda iştirakçılara geniş məlumat veriblər. Daha sonra filmin nümayişi keçirilib.

Qeyd edək ki, sənədli filmin əsas mövzusunu Azərbaycan xalqının öz milli-dini ənənələrinə bağlılığı, İslam irsinə göstərdiyi önəm, Azərbaycanda əsrlər ərzində formalaşmış və indi də davam edən məzhəblərarası tolerantlıq mühiti və s. təşkil edir. Filmin rejissoru Kamran Səfərəlizadə, ssenari müəllifi Natiq Rəhimov, direktoru Elçin Əsgərovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31