Natavan Həbibi həyat yoldaşından AYRILIR?
Prodüsser Tolik sosial şəbəkədən paylaşdığı status hər kəsi heyrətləndirib. Olaylar.az bildirir ki, prodüsser paylaşımında yaxın aylarda reper Səid Əliyevlə (Dado) ailə həyatı quran Natavan Həbibiyə bundan sonrakı həyatında hər şeyin yaxşı olacağını arzulayır. Olaylar.az prodüsserin paylaşımını olduğu kimi təqdim edir:
4 Dekabr 2017 10:52 MədəniyyətProdüsser Tolik sosial şəbəkədən paylaşdığı status hər kəsi heyrətləndirib. Olaylar.az bildirir ki, prodüsser paylaşımında yaxın aylarda reper Səid Əliyevlə (Dado) ailə həyatı quran Natavan Həbibiyə bundan sonrakı həyatında hər şeyin yaxşı olacağını arzulayır. Olaylar.az prodüsserin paylaşımını olduğu kimi təqdim edir:
"Səhəri heç xoş olmayan Natavan Həbibinin statusu ilə açdım. Bir onu bilirəm ki, heç bir qadın istəməz ki, ailəsi dağılsın. Amma bəzən elə şeylər var ki, sizlər onu görmürsünüz, amma 4 divarın içində nə baş verir, onu bir tək allah bilir. Amma el gözünə ərdəyəm deyib, bir gün gülüb, bir gün ağlamaq - bu da həyat deyil.
Natavan Həbibi müğənnidi. O sevməzə oxuya bilməz, o sevgi görməsə oxuya bilməz. Məncə o bu qərarı verməzdən öncə neçə günlərlə düşünüb. Nə olursa olsun sənin öz həyatında, inşallah hər şey yaxşı olar"
Qeyd edək ki, Natavan Həbibi həyat yoldaşı ilə birgə olan şəkillərini sosial şəbəkə hesabından silib.