"Onlar küçə qadınlarına bənzəyirdilər" - Məşhur teleşouda qalmaqal - VİDEO 

Britaniyanın ən populyar teleşoularından olan "X Factor"un builki mövsümünün finalı keçirilib.  İngiltərənin Uorford şəhərindən olan, oğlanlardan ibarət  "Rak-Su" qrupu şounun qalibi elan olunub. Final gecəsində səhnəyə çıxanlar arasında "Little Mix" qrupu da vardı. 2011-ci ildə bu şouda qalib gələrək məşhurlaşan qrup üzvləri Perri Edvards, Ley-Enn Pinnok, Ceysi Nelson və Ceyd Tayrlvall "Power" hitini ifa ediblər. "Little Mix" qrupunun üzvləri səhnəyə klassik, qara rəngli kostyumlarda və ab göynəklərdə çıxıblar, Mahnını ifası əsnasında onlar soyunublar, çimərlik geyimlərində və şortlarda qalıblar. Qrupun belə davranışı qalmaqal yaradıb. Sosial şəbəkə istifadəçiləri yazıblar ki, "Little Mix" üzvləri yaxşı oxusalar da, fanatları cəlb etmək üçün vücudlarından istifadə edirlər.

"Little Mix" mənsublarının geyimlərini striptizçi qadınların və fahişələrin paltarlarına bənzədiblər. Üstəlik, münsiflər heyətinin üzvü, məşhur müğənni, 39 yaşlı Nikol Şerzingerin ifa zamanı davranışı narazılıqla qarşılanıb. "X Factor" istedadları müəyyənləşdirən, 2004-cü ildən bəri Britaniyada efirdə olan televiziya şousudur. Milli.az Daily Mail-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31