Qızıldan muncuq düzümü - Ən qədim eksponat

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi Fondunda Muzeyin ən qədim qızıl eksponatı mühafizə olunur. Bu qızıldan muncuq düzümü Ağstafa rayonunun Soyuqbulaq nekropolundan tapılıb. Olaylar.az bildirir ki,  qızıldan olan muncuq düzümü arxeoloq Tufan Axundov tərəfindən arxeoloji ekspedisiya zamanı aşkar olunub.

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi Fondunda Muzeyin ən qədim qızıl eksponatı mühafizə olunur. Bu qızıldan muncuq düzümü Ağstafa rayonunun Soyuqbulaq nekropolundan tapılıb. Olaylar.az bildirir ki,  qızıldan olan muncuq düzümü arxeoloq Tufan Axundov tərəfindən arxeoloji ekspedisiya zamanı aşkar olunub. Mütəxəssisin qeyd etdiyinə görə, muncuqlar e.ə. IV minilliyin ikinci yarısına, tunc dövrünə təsadüf edir. 23 ədəd qızıl muncuq halqa və oval formalı olub, biri lacivərd (lazurit) daşındandır. Çəkisi 2,9 qr.-dır. Bu qızıl zinət əşyası Muzeyin dəyərli inciləri sırasında xüsusi əhəmiyyətə malikdir. Həmçinin Azərbaycan etnoqrafiyasını öyrənmək baxımından böyük önəmi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31