Təhsil naziri Neftçalada vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov dekabrın 11-də Neftçala şəhərindəvətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutacaq qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçiriləcək.

Təhsil naziri Mikayıl Cabbarov dekabrın 11-də Neftçala şəhərindəvətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutacaq qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçiriləcək. Qəbulda Biləsuvar, Salyan, Hacıqabul, Kürdəmir və Neftçala rayon sakinləri iştirak edə bilər. Həmçinin qəbulda Biləsuvar, Salyan, Hacıqabul, Kürdəmir və Neftçala rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin də iştirakı mümkündür. Qəbula gəlmək istəyən vətəndaşlar 4-7 dekabr 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının "Vətəndaşların qəbulu" bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31