Gündəm

Azərbaycana daha çox hansı ölkədən turist gəlir? - SİYAHI

5 Dekabr 2017 16:02

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yalnız oktyabr ayında Azərbaycana 204 686 nəfər səfər edib. Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutur. Bu ilin ilk 10 ayı ərzində Azərbaycana Rusiyadan 727577, Gürcüstandan 439 305, İrandan isə 320 904 xarici vətəndaş gəlib.

Rusiya 9 KİV-i xarici agent elan etdi - SİYAHI

5 Dekabr 2017 16:00

Rusiyanın Ədliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən 9 KİV-i xarici agent funksiyalarını icra edən orqan kimi tanıyıb. Nazirlik bu KİV-lərin siyahısını açıqlayıb. Xarici agentlər siyahısına "Azad Avropa Radiosu/Azadlıq Radiosu", "Amerikanın Səsi", "Nastoyaşşeye Vremya" telekanalı, "Sibir. Realii", "Qafqaz. Realii", "Idel. Realii", "Krım. Realii", "Azadlıq Radiosu"nun tatar-başqırd xidməti və "Faktoqraf" salınıb.

Fransa aeroportunda ATIŞMA - Ölən və yaralananlar var

5 Dekabr 2017 15:58

Fransanın Korsika adasında Bastiya-Poretta hava limanında atışma baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Bakıda Ümumi Tranzit Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə dair seminar keçirilir

5 Dekabr 2017 15:54

Dekabrin 5-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Ümumi Tranzit Konvensiyası (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) dair seminar işə başlayıb. Seminar Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir. “Olaylar” xəbər verir ki, seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tədbirin Azərbaycan gömrükçüləri üçün əhəmiyyətli olduğunu qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib.

Hərracda 15 dövlət əmlakı özəlləşdirilib

5 Dekabr 2017 15:52

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda müxtəlif əmlaklar üzrə sifarişlər elektron şəkildə daxil olub. Komitədən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi üzrə daxil olan sifarişlərin 3-ü elektron olaraq qeydiyyatdan keçib.

Deputatımız AŞPA komitəsində məruzə edəcək

5 Dekabr 2017 15:51

Dekabrın 6-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçiriləcək. AŞPA-dakı nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iclasda iştirak edəcək. “Olaylar” xəbər verir ki, komitə iclasında azərbaycanlı deputatın “Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi müzakirə olunacaq.

Türkiyənin Kastamonu şəhəri 2018-ci il üçün TÜRKSOY-un mədəniyyət paytaxtı seçilib

5 Dekabr 2017 15:48

Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, toplantıda Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Toplantıda Kastamonunun türk dünyasının mədəniyyət paytaxtına namizədliyi TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri tərəfindən dəstəklənib.

Musiqili Teatrda həftəsonu

5 Dekabr 2017 15:47

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu beş tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, tamaşaçılar dekabrın 8, 9, 10 -da “Fransızsayağı qarnir”, “Düyməcik”, “Baladadaşın toy hamamı”, “Qırmızıpapaq” və “Amerikalı kürəkən” tamaşalarını izləyə biləcək.

Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib

5 Dekabr 2017 15:47

“Son 14 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan  öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.

Azərbaycan uğurlu inkişaf yolundadır

5 Dekabr 2017 15:42

“Dünya ölkələrində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur, hətta, perspektiv tərəqqi üçün çox möhkəm təməl yaradılıb”.

BakuBus – dan tapılan qədim sikkələr Muzeyə təhvil verildi

5 Dekabr 2017 15:41

Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyinə BakuBus - dan tapılan qədim sikkələr təhvil verilib. Naməlum şəxs tərəfindən avtobusda unudulmuş sikkələr mühüm tarixi əhəmiyyət kəsb edir. BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev və şöbənin mütəxəssisi Şəfa Hümbətova Olaylar.az –a bildiriblər ki, avtobusda tapılan sikkələrin sahibi tapılmayıb. Müvafiq orqanlara bunula bağlı məlumat verdikdən sonra tapılan sikkələrin Milli Azərbaycan Tarixi Muzeyinə verliməsi məqsəduyğun hesab edilib.

Hüseyn Cavidin 135 illiyinə həsr olunan tədbir

5 Dekabr 2017 15:40

Bilik Fondu böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın tələbinə uyğun olaraq silsilə tədbirlər keçirir. Olaylar.az bildirir ki, bu tədbirlər çərçivəsində Nardaran Bilik Evində Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunmuş musiqili-bədii kompozisiya nümayiş etdirilib.

Onlayn media söz və məlumat azadlığının təmin edilməsində əhəmiyyətli rol oynayır

5 Dekabr 2017 15:39

Azərbaycanda söz və məlumat azadlığının təmin edilmsəində onlayn medianın rolu artmaqdadır. Bu amili nəzərə alan hökumət internet medianın inkişafına xüsusi diqqət yetirir. Çap mediasında olduğu kimi elektron mediaya da göstərilən qayğı bu növ kütləvi informasiya vasitələrinin inkişafında əhəmiyyətli rol oynayır.

Raqqadan çıxan İŞİD başkəsənləri Türkiyə üzərindən Avropaya keçdi

5 Dekabr 2017 15:34

Suriya Demokratik Qüvvələri ilə əldə edilmiş razılaşma çərçivəsində Raqqadan təxliyyə edilən özünü İslam Dövləti (İD) adlandıran qruplaşma üzvləri fürsətdən istifadə edərək Türkiyə vasitəsilə Avropaya keçib. Bunu İngiltərənin “The Times” qəzeti iddia edib.

Kreml Saakaşvili barədə: “Damda oturan adamların hərəkətlərini şərh etmirik”

5 Dekabr 2017 15:32

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu gün Kiyevdə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsini şərh edib.