Gündəm
Nalbandyan Ermənistan prezidenti ola bilər
Gələn ilin mart ayında Ermənistanda keçiriləcək prezident seçkilərinə ölkə başçısı postuna ən real namizəd xarici işlər naziri Edvard Nalbandyandır. Bu barədə “Jamanak” qəzeti məlumat yayıb.
Radionun rəhbəri Rusiya prezidentliyinə namizədə 19 min dollarlıq sırğa bağışladı
“Exo Moskvı” radiosunun rəhbəri, məşhur jurnalist Aleksey Venediktov həmkarı, Rusiya prezidentliyinə namizədliyini irəli sürmüş Kseniya Sobçaka dəyərli hədiyyə təqdim edib.
Azərbaycan-İran-Rusiya parlament üçlüyünün yaradılması təklif olunur
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski aktual məsələlərin müzakirəsi üçün Rusiya, İran və Azərbaycandan ibarət parlament üçlüyünün yaradılmasını təklif edib.
Bu da yeni şəxsiyyət vəsiqəsi
Yeni şəxsiyyət vəsiqələri "Bakutel" sərgisində təqdim olunub.
Azərbaycanın rolu yüksək qiymətləndirilir
"Beynəlxalq Elektrik Rabitəsi İttifaqı beynəlxalq səviyyədə kibertəhlükəsizliyin təmin olunmasında Azərbaycanın və Rusiyanın töhfəsini yüksək qiymətləndirir". Bunu jurnalistlərə BakuTel - 2017 23-cü Beynəlxalq "Telekommunikasiyalar və informasiya texnologiyaları" sərgisi və konfransında iştirak edən təşkilatın rəhbəri Houlin Çyao deyib.
2018-ci il türk dünyasının mədəniyyət paytaxtı seçildi
Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu barədə qərar Qazaxıstanda keçirilən TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısında qəbul edilib.
Səfir: "Azərbaycan və Bolqarıstan təkcə dost yox, həm də strateji tərəfdaşdır"
Azərbaycan və Bolqarıstan təkcə dost yox, həm də strateji tərəfdaşdır. Bunu "Bloomberg" telekanalına müsahibəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib. Onun sözlərinə görə, bu, 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqıqnda bəyannamədə öz əksini tapıb.
İşçilərini Whatsapp-la təlimatlandıran bələdiyyə başçısı həbs olundu
Braziliyalı bələdiyyə başçısı qadın təhsil üçün nəzərdə tutulan büdcədən külli miqdarda pul mənimsədiyinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Lidiane Leite adlı qadın pulları mənimsəməsi ilə bağlı iddialar yayılmağa başladığı zaman, 2015-ci ilin avqust ayında ona tapşırılan Bom Jardim qəsəbəsindən qaçıb. 27 yaşlı Lidiane Leite idarəetmə işlərini Whatsapp vasitəsi ilə tənzimləyib. Sao Luizdə (onun idarə etdiyi qəsəbədən 180 mil uzaqlıqda) lüks həyat yaşayan qadın işçilərini sosial şəbəkə vasitəsi ilə təlimatlandırıb.
Televiziya direktoruna 7 illik həbs tələbi
Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. Prokuror Əziz Orucovun 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Oğrunun digər əməlləri də ifşa edildi
Oğurluq etdiyinə görə tutulan Teymur Temirovun digər əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Teymur Temirovun ətrafında Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyunun 24-də rayon ərazisində “Mitsibushi” markalı avtomobildən 765 manat oğurlaması da müəyyən edilib.
Ata və 2 qızını vurub aradan çıxan sürücü tutulub
Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabr ayının 30-da Gəncə şəhər sakinləri Abbasəli Heydərovun, qızları Səbinə və Aygünün xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini Rauf Cəfərov saxlanılıb. Araşdırma aparılır.
Bakıda XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi açılıb
Dekabrın 5-də Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir – “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı işə başlayıb. Bununla da “Yüksək Texnologiyalar Həftəsi”nə start verilib.
Penitensiar xidmətin Baş idarəsində müşavirə keçirilib
Penitensiar xidmətin Baş idarəsində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, habelə qeydiyyat şöbələri rəislərinin iştirakı ilə müşavirə keçirilib. “Olaylar”ın xəbərinə görə, Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixdə imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın sistemli və genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsində yeni mərhələnin əsasını qoyduğunu qeyd edib. Həmçinin vurğulanıb ki, Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası məqsədilə çoxsaylı humanist tədbirlər həyata keçirilmiş, o cümlədən 20.10.2017-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun qəbul olunub. Ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər haqqında Qanunun icrasının təşkili barədə konkret göstərişləri özündə əks etdirən 21.11.2017-ci il tarixli əmr imzalayıb.
Metro qatarlarının maşinistləri yeni iş sisteminə keçib
Bakı metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb. “OLAYLAR”-ın “Bakı Metropoliteni”nə istinadən verdiyi xəbərə görə, tətbiq edilən innovativ layihə sayəsində maşinistlərin işi tam yeni standartlara keçirilir, yeni idarəetmə mexanizmlərinə və digər yeniliklərə yol açılır.
11 avtomobil ucuz qiymətə satışa çıxarılır
Əmlak Məsələləri Dövlət Komitəsi dekabr ayında avtomobillərin növbəti hərracını keçirəcək. “Olaylar” xəbər verir ki, dövlət komitəsi tərəfindən dekabrın 19-da baş tutacaq hərraca 11 ədəd nəqliyyat vasitəsi çıxarılacaq. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.














