11 avtomobil ucuz qiymətə satışa çıxarılır
Əmlak Məsələləri Dövlət Komitəsi dekabr ayında avtomobillərin növbəti hərracını keçirəcək. “Olaylar” xəbər verir ki, dövlət komitəsi tərəfindən dekabrın 19-da baş tutacaq hərraca 11 ədəd nəqliyyat vasitəsi çıxarılacaq. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
5 Dekabr 2017 14:50 SosialƏmlak Məsələləri Dövlət Komitəsi dekabr ayında avtomobillərin növbəti hərracını keçirəcək. "Olaylar" xəbər verir ki, dövlət komitəsi tərəfindən dekabrın 19-da baş tutacaq hərraca 11 ədəd nəqliyyat vasitəsi çıxarılacaq. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Həmçinin, Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Bundan başqa, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfədən çox 50% endirimlə təkrar hərraca çıxarılır. Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.