Metro qatarlarının maşinistləri yeni iş sisteminə keçib

Bakı metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb. “OLAYLAR”-ın “Bakı Metropoliteni”nə istinadən verdiyi xəbərə görə, tətbiq edilən innovativ layihə sayəsində maşinistlərin işi tam yeni standartlara keçirilir, yeni idarəetmə mexanizmlərinə və digər yeniliklərə yol açılır. 

Bakı metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb. "OLAYLAR"-ın "Bakı Metropoliteni"nə istinadən verdiyi xəbərə görə, tətbiq edilən innovativ layihə sayəsində maşinistlərin işi tam yeni standartlara keçirilir, yeni idarəetmə mexanizmlərinə və digər yeniliklərə yol açılır. 
Yeniliyin mahiyyətinə uyğun olaraq, layihənin ilk və ən əhəmiyyətli addımı kimi elektrik qatarları maşinistləri üçnövbəli iş rejiminə keçirilib. Yeni qayda ilə maşinistlərin bütün sosial tələbləri əvvəlki dövrdən daha uğurla həllini tapıb. Onların maraqları nəzərə alınaraq, evə və iş yerinə daşınması müəssisə tərəfindən tam təmin olunub, həm maşinistlər, həm də müəssisə üçün ən səmərəli qayda tətbiq edilib. Bu da vaxt itkisi, işçinin işdən evə, yenidən iş başına çatmaq qayğısını da tam aradan qaldırır. Yeni iş rejimi şəraitində daha bir əhəmiyyətli addım maşinist köməkçiləri vəzifələrinin ləğvidir.Yeni texnologiyaların tətbiqi, ələlxüsus sürətin avtomatik tənzimlənməsi və avtomatik lokomotiv idarəçiliyə keçid, eləcə də gələcəkdə avtoidarəetmə sistemlərinin nəzərdə tutulması bu vəzifəyə ehtiyac olmayacağını əyani göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31