Gündəm

Alimlərdən yeni tədqiqat — "Yağlı qidalar ölümə səbəb olur"

5 Dekabr 2017 14:47

Tərkibində doymuş yağlı turşuların miqdarı çox olan qidalar erkən ölümə səbəb olur. Kolumbiya universitetinin alimləri bu nəticəyə gəliblər. Alimlər yeni mikroskopiya üsulu yaradıblar. Bu yeni üsul vasitəsilə hüceyrələr tərəfindən sovrulan yağlı turşuların növbəti "taleyi" müşahidə edilib.

Fələstinin Trampın Qüds qərarına reaksiyası — "Bu savaş elanıdır"

5 Dekabr 2017 14:44

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etmək istəyi sərt reaksiyalara səbəb olub. Bəyanatdan sonra "ABŞ yenidən ərəb və İslam dünyasının əsas düşməninə çevrilir"-kimi fikirlər səsləndirilib. Fələstin isə bunu savaş elanı kimi qəbul edib.

“Ədalətli qərar istəyirəm...” - Nail Allahverdiyev

5 Dekabr 2017 14:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmə istintaqı  keçirilib.  Məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. Prosesdə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub. 

Nazirin qəbul vaxtı dəyişdi

5 Dekabr 2017 14:37

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib.  Nazirlikdən “Olaylar”a verilən məlumata görə, dekabrın 8-nə nəzərdə tutulan qəbulunun vaxtı dekabrın 15-nə dəyişdirilib. Həmin tarixdə saat 12:30-da R. Quluzadə Salyanda bu rayon da daxil olmaqla, Neftçala, Biləsuvar, Cəlilabad  və Cəbrayıl rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Görüşdə, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlər müzakirə olunacaq. 

Nazirlik tenderin qalibi ilə müqavilə bağladı

5 Dekabr 2017 14:35

Vergilər Nazirliyi avadanlıq və proqram təminatlarının və kartriclərin satın alınmasına dair keçirdiyi tenderin nəticələrini açıqlayıb. Nazirlikdən “Olaylar”a verilən məlumat görə, Vergilər Nazirliyi “Caspel” MMC  ilə avadanlıq və proqram təminatlarının satın alınmasına dair3 704 556,64 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bundan başqa,  "HALAL-P" MMC ilə kartriclərin satın alınmasına dair 106 105,60 manat məbləğində satınalma müqavilələri bağlanıb.

Bakıda quldurluq edən şəxs saxlanıb

5 Dekabr 2017 14:34

Paytaxt sakini Ülvi  Cuvarlı Akademik H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsib bıçaqla hədələyərək “Samsung” markalı mobil telefonunu əlindən alıb. Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verən kimi quldurluq edən şəxsin “isti” izlərlə axtarışı həyata keçirilib.

Saxta pulla ödəniş edən şəxs saxlanıb

5 Dekabr 2017 14:32

Dekabrın 1-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki stomatoloji mağazalardan birindən soyğunçuluq edilməsi ilə bağlı 1-ci Polis Bölməsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən“OLAYLAR”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 28-də qəsəbədə fəaliyyət göstərən stomatoloji mağazaya gəlmiş naməlum şəxsin 1000 manat dəyərində stomatoloji ləvazimatlar alması, ödəniş etdiyi pulların saxta olduğundan şübhələnən satıcının ondan aldığı malları qaytarmasını tələb etməsi, lakin sonuncunun həmin ləvazimatlar olan bağlamanı onun əlindən alaraq qaçması müəyyən edilib.

Rusiyadan Saakaşvilinin həbsinə - Reaksiya

5 Dekabr 2017 14:18

Biz Ukraynada baş verənləri diqqətlə izləyirik. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Kiyev də, Saakaşvili də növbəti dəfə bizi təəccübləndirir. Qalstukun yeyilməsindən dama çıxmağa qədər, o, siyasətdə müəyyən yol keçib. Yol çox qaranlıq olub. Biz baş verənləri diqqətlə izləyirik. Əlbəttə ki, bu, Ukraynanın baş ağrısıdır. Belə bir vəziyyəti düşmənə də arzulamazdım”, – deyə o bildirib.

"Adamın inanmağı gəlmir" - Natavan Manafa verdiyi sözü tutmadı

5 Dekabr 2017 14:17

Manaf Ağayev müğənni Natavanın toyunda cani-dildən iştirak etsə də, Natavan onun gözünü yolda qoyaraq xeyir işə qatılmayıb.  Manaf Ağayev Natavanı gözlədiyini, onu toyda görmədiyindən məyus olduğunu deiyb: "Natavanı çox istəiyrəm, toyunda da iştirak etmişəm.

Mixail Saakaşvili belə həbs edildi - FOTO

5 Dekabr 2017 14:15

Mixail Saakaşvilinin yaşadığı binanın qarşısında onun tərəfdarları ilə polis arasında toqquşma yaşanıb. Məlumata görə, hüquq-mühafizə orqanları siyasətçinin evində yoxlamalar apardığını təsdiqləyiblər.

“ASAN xidmət” Monteneqro mətbuatında

5 Dekabr 2017 14:14

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub. Olaylar.az bildirir ki, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.

Nazirlikdən turistlərə müraciət

5 Dekabr 2017 14:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Parklara onlayn bilet satışı ilə bağlı turistlərə müraciət edib. Olaylar.az bildirir ki, ETSN-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ölkədə 9 Milli Park - Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı və Samur-Yalama Milli Parkı fəaliyyət göstərir.

Ovçulara insaf edilməyəcək

5 Dekabr 2017 14:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib.    Olaylar.az bildirir ki, reyd  zamanı meşə ərazisində “Niva” markalı 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.

Ərdoğandan sensasion açıqlama: Xəyanətkar müttəfiq…

5 Dekabr 2017 14:11

Suriyadan sonra hədəf Misirdir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı söyləyib.

Avstriyada eynicinsli şəxslərin nikahına icazə verildi

5 Dekabr 2017 14:02

Avstriya Konstitusiya Məhkəməsi eynicinsli şəxslərin nikah hüququnu tanıyıb. Məlumata görə, məhkəmənin qərarına əsasən, eynicinslilərin nikahı qadın və kişi arasındakı nikahla eyni qüvvədə hesab olunacaq.