Fələstinin Trampın Qüds qərarına reaksiyası — "Bu savaş elanıdır"
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etmək istəyi sərt reaksiyalara səbəb olub. Bəyanatdan sonra "ABŞ yenidən ərəb və İslam dünyasının əsas düşməninə çevrilir"-kimi fikirlər səsləndirilib. Fələstin isə bunu savaş elanı kimi qəbul edib.
5 Dekabr 2017 14:44 DünyaABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etmək istəyi sərt reaksiyalara səbəb olub. Bəyanatdan sonra "ABŞ yenidən ərəb və İslam dünyasının əsas düşməninə çevrilir"-kimi fikirlər səsləndirilib. Fələstin isə bunu savaş elanı kimi qəbul edib.
Fələstinin "Əl Fətih" hərəkatına yaxın qəzetin xəbərində deyilir: "ABŞ-ın Qüdsü İsrailin paytaxtı qəbul etməsi Fələstin xalqına savaş elanıdır. ABŞ-ın bu addımı Fələstin xalqının əsas haqlarına qarşı düşmənçilik niyyətlərini daha da dərinləşdirir. İsrailin Fələstin torpaqlarını işğalını da qanuniləşdirir". Ölkə.az