“ASAN xidmət” Monteneqro mətbuatında
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub. Olaylar.az bildirir ki, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.
5 Dekabr 2017 14:14 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub.
Olaylar.az bildirir ki, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.
Dövlət Agentliyinin nümayəndə heyətinin səfəri və imzalanmış Anlaşma Memorandumu Monteneqro mətbuatında geniş işıqlandırılıb.
Belə ki, portalanalitika.me, predsjpol.gov.me, pinkm.me, mecdm.me, standard.co.me və digər mətbuat orqanlarında dərc olunun məqalələrdə "ASAN xidmət"in Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəetməsi sahəsində ölkədə aparılan islahatların çərçivəsində təsis edildiyi vurğulanıb, Azərbaycanın bu brendinin BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi olaraq dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanındığı bildirilib.
Qeyd olunub ki, paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində yerləşən "ASAN xidmət" mərkəzlərində vətəndaşlara dövlət və özəl qurumlar tərəfindən 250-dan çox xidmət göstərilir.