Gündəm
Bundan sonra "Whatsapp" internetsiz olacaq - YENİLİK
Son zamanların ən çox istifadə edilən mesajlaşma xidməti "Whatsapp"dır. Bildiyimiz ki, proqram internet vasitəsilə xidmət göstərir. Son texniki yeniliklərdən sonra artıq "Whatsapp"ı internetsiz istifadə edə biləcəksiniz.
Hadisə Röyanın "qarşısın kəsir"? - Röya heç vaxt Türkiyədə "star" olmayacaq
Bu gün "Hər şey daxil" verilişində ekspert kimi çıxış edən prodüser Tolik maraqlı açıqlaması ilə diqqət çəkib. Verilişinin aparıcısının prodüserə ünvanladığı "Bu yaxınlarda qonşu kanallardan birində İradə İbrahimova söyləmişdi ki, "Röya heç vaxt Türkiyədə "star" olmayacaq. Onun əziyyətinə və puluna heyifim gəlir. Etməsin bunu!". Razısan bu fikirlə?" sualına Tolik səmimi etirafı ilə yadda qalıb:
Ərəbistanın vəliəhd şahzadəsi “İlin adamı” oldu
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Saud 2017-ci il üzrə “İlin adamı” seçilib. Bu, “Time” jurnalı oxucularının onlayn səsverməsi nəticəsində müəyyən edilib. Jurnalın saytında bildirilir ki, şahzadə 24% səslə liderlik edir.
Saakaşvili dövlət çevrilişinə kömək edib - ŞOK İTTİHAM
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində şübhəli bilinir. Bu haqda Ukrayna Təhlükəsizlik Xidməti bildirib.
İndi insan dərisi də kağız kimi printerdən çıxacaq
Çində mütəxəssislər tərəfindən insan toxumalarını çap edə bilən 3D bioprinter ixtira edilib. İnsan toxumalarını kütləvi şəkildə çoxaldan bioprinterlərin köməyi ilə insan orqanizmində qığırdaq, qaraciyər və hətta dəri toxumaları çap edilə bilər.
Bu həkimlərin orta aylıq əməkhaqqı 680-920 manat oldu
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunda icra etdiyi pilot layihənin statistik məlumatlarını açıqlayıb. Agentlikdən verilən məlumata görə, pilot layihənin icrasına 01 yanvar 2017-ci il tarixindən başlanılmışdır. Layihə müddətində əhalidən sığorta haqqı toplanılmır.
Sumqayıtda ikimərtəbəli villa yanıb
Sumqayıt şəhərində vətəndaşa məxsus 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata gör, nəticədə ümumi sahəsi 390 m2 olan ikimərtəbəli, 5 otaq və mansardadan ibarət evin mansardasının yanar konstruksiyaları 130 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Bakıda 8 otaqlı ev yanıb
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumta görə, nəticədə ümumi sahəsi 320 m² olan 8 otaqlı evin döşəməsi 1 m² sahədə və 1 ədəd televizor yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Uşaqlar həyatın əvəzinə ölümü niyə seçir? - Mirmehdi Ağaoğlu yazır...
Dünən Ağdaş rayonunda 12 yaşlı oğlan intihar edib. Təəssüf ki, uşaqların intiharı ilk dəfə deyil, intiharın yaşı bizim ölkədə çoxdan uşaqlaşıb... Artıq cəmiyyət olaraq bu cür xəbərlərə qarşı laqeydləşmişik. Uşaq intiharı qırmızı xətdə çatıb, di gəl bu yöndə bircə dənə də ciddi araşdırma, tədqiqat aparmırıq, səbəbləri gün işığına çıxarmırıq.
Hicran Hüseynova Türkiyədə sammitə qatılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 5 dekabr 2017-ci il tarixində Türkiyədə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən “2-ci Beynəlxalq İşdə Qadın Zirvəsi” adlı sammitdə iştirak edir. Komitədən “Olaylar”a verilən məlumata görə, sammitdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, dörd qitədən nazir, investor qadınlar və elm sahəsində çalışan şəxslər iştirak edəcək. Sammitdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikası Ədalət və İnkişaf Partiyasının qadın qolları başqanlığının sədri L.Selva Çarn və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın çıxışı nəzərdə tutulmuşdur. Eyni zamanda, “Türkiyədə və dünyada qadın məşğulluğunun artırılmasına yönəlmiş çalışma modelləri, iş dünyasında gender bərabərliyini təmin etməyə dair hüquqi baza və Qadın sahibkarlığı nümunələri” adlı bölmə müzakirəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edəcəkdir.
Nazir: “Azərbaycan tərəfi Xəzərin hüquqi statusunun dövlətlərin suveren hüquqlarına hörmət edilməsi yolu ilə həllinə əmindir”
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Moskva şəhərində keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsində iştirak edib.XİN-dən “Olaylar”a verilən məlumata görə, tədbirdə çıxış edən Nazir Elmar Məmmədyarov ötən dövr ərzində danışıqlar prosesinin iştirakçıları tərəfindən konvensiya layihəsi üzrə mühüm işlər görüldüyünü, yüksək səviyyəli beştərəfli görüşlər zamanı qəbul edilmiş qərarların və əldə edilmiş razılaşmaların bütün xəzəryanı dövlətlərin mövqelərinin mühüm dərəcədə yaxınlaşdırılmasına, ümumilikdə danışıqlar prosesinə güclü təkan verdiyini və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi, məhsuldar əməkdaşlıq və Xəzər regionunda sabitliyin qorunub saxlanması üçün tarixi əhəmiyyət kəbs etdiyini vurğulayıb.
Elçin Quliyev Məhəmməd Hüseyn Bagiri ilə görüşüb
2017-ci ilin dekabr ayının 2-4 tarixlərində İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin dəvəti ilə general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Tehran şəhərinə rəsmi səfər edib.
İdmançılarımız dünya çempionatında iştirak edib
Azərbaycan idmançıları Ukraynanın Xarkov şəhərində döyüş sənəti üzrə dünya çempionatında iştirak ediblər. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasından (AŞDSF) bildirilib ki, 28 ölkədən 950 idmançının iştirak etdiyi mundialda ölkəmiz 18 idmançı ilə təmsil olunub.
SOCAR və PETROFAC müəssisə yaratdı
Dekabrın 5-də SOCAR Tower-də Petrofac və Dövlət Neft Şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə, Birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsini imzalayıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə müqaviləyə əsasən SOCAR-ın səhm payı 51%, Petrofac şirkətinin payı 49% nisbətində müəyyən edilib. Təsis Müqaviləsini SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Petrofac-ın Beynəlxalq Mühəndislik və İstehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran imzalayıblar.
Gənc fizik və kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin II-rayon mərhələsi 6-7 dekabr tarixlərində keçiriləcək.














