Elçin Quliyev Məhəmməd Hüseyn Bagiri ilə görüşüb

2017-ci ilin dekabr ayının 2-4 tarixlərində İran İslam Respub­lika­sının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin dəvəti ilə general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Tehran şəhərinə rəsmi səfər edib.

2017-ci ilin dekabr ayının 2-4 tarixlərində İran İslam Respub­lika­sının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin dəvəti ilə general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Tehran şəhərinə rəsmi səfər edib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində general-mayor Qasım Rzayi və İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Hüseyn Bagiri ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət başçıları arasında keçirilmiş görüşlərdə qəbul olunmuş qərarların böyük əhəmiyyət kəsb etməsi vurğulanmış, ölkələrimiz arasındakı tarixi, dini, mədəni, iqtisadi münasibətlərin gündən-günə inkişaf edərək möhkəmlənməsi, sərhəd qurumları arasında mövcud əlaqələrin yüksək səviyyədə olması ifadə olunub.Müzakirələr zamanı dövlət sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində və Xəzər dənizində şərait, habelə onun növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb. Ermənistan tərəfindən 20% torpaqlarımızın işğalı nəticəsində Azərbaycan-İran sərhədinin 132 km hissəsinin nəzarətsiz qalmasının ciddi narahatçılıq doğurması İran tərəfinin diqqətinə çatdırılıb. Azərbaycan Respublikası və İran İslam Respublikası üçün mühüm iqtisadi əhəmiyyət kəsb edən "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsi kimi "Astara" dəmir yolu buraxılış məntəqəsinin fəaliyyətinin təşkili, yüklərin və nəqliyyat vasitələrinin sərhədkeçmə prose­durlarının sadələşdirilməsi və sərhəd təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkə vətəndaşlarının rahat səyahət etməsi, o cümlədən turizmin inkişafı məqsədi ilə "Astara" və "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqələrinin iş vaxtının uzadılmasının məqsədə uyğunluğu qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31