Saakaşvili dövlət çevrilişinə kömək edib - ŞOK İTTİHAM
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində şübhəli bilinir. Bu haqda Ukrayna Təhlükəsizlik Xidməti bildirib.
5 Dekabr 2017 13:46 DünyaGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində şübhəli bilinir. Bu haqda Ukrayna Təhlükəsizlik Xidməti bildirib.
İdarə siyasətçinin tutulması haqqında informasiyanı təsdiq etdi. Onun dindirilməsi planlaşdırılır. Siyasətçinin vəkili isə "Ukraynskaya Pravda" internet nəşrinə bildirb ki, Gürcüstanın sabiq prezidenti dövlət çevrilişinə kömək etməkdə şübhəli sayılır.
Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları Saakaşvilinin mənzilinə daxil olaraq axtarışlar aparıb. Odessa vilayətinin keçmiş qubernatoru yaşadığı binanın damına çıxaraq özünü aşağı atmaqla hədələyib. Saakaşvilinin intihar cəhdinin qarşısı alınıb və o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir.