Gündəm
Prezident Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib
Prezident İlham Əliyev dekabrın 5-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zhaonu qəbul edib. Bu barədə prezidentin mıətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti xəbər yayıb.
Prezident İlham Əliyev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirini qəbul edib
Prezident İlham Əliyev dekabrın 5-də Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanı qəbul edib. Məlumata görə, görüşdə ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyi bildirilib.
Arif Əsgərovun dələduzluqda təqsirləndirilən qohumu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda məhkəməsi davam etdirilən qardaşı Emil Hüseynov ifadə verib. O, ibtidai istintaqa ifadəsini təsdiq etdiyini deyərək, məhkəmədə ifadə vermək istəməyib.
Bəzi yerlərdə yağış, qar yağacaq
Bakı və Abşeron yarımadasında dekabrın 6-da havanın dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 5-8° isti, gündüz 8-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 6-da Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Məşhur aktrisa Azəri qızı Günel və Rza Zərrabdan yazdı
Məşhur türkiyəli aktrisa Berna Laçin sosial şəbəkə hesabından paylaşdığı statusunda son günlər Amerikadakı məhkəməsi ilə Türkiyə mətbuatında gündəmi zəbt edən Azərbaycan əsilli, İran vətəndaşı Rza Zərrabı hədəf alıb. Olaylar.az bildirir ki, aktrisa Rza Zərrabın müğənni Ebru Gündeşlə ailə həyatı qurmazdan öncə Azəri qızı Günellə sevgili olduğunu xatırlayıb.
Pensiyaların yenidən hesablanması hansı qaydada həyata keçiriləcək?
Azərbaycanda həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət müsbət nəticəsini verməkdədir. Ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf olacağı proqnozlaşdırlır. Təsadüfi deyil ki, bir müddət öncə prezident İlham Əliyev iki illik iqtisadi geriləmədən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil olacağını anons etmişdi.
İntihara aparan yol
Son illər cəmiyyətdə müşahidə edilən mənfi hallardan biri də tez-tez intihar halları ilə rastlaşmağımızdır. Artıq vəziyyət o qədər problemli hal alıb ki, azyaşlı uşaqlar da intihar edirlər. Ümumiyyətlə, intihara əl atanları ekspertlər bir neçə kateqoriyaya bölülürlər. Bəziləri sağalmaz xəstəliyə düçar olduğundan bu həyatda yaşamağın mənasız olduğunu düşünərək intihar edir.
Yeniyetmələr və qadınların siqaretə meyli artıb
Uzun müddətdən bəri müzakirəsi aparılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun nəhayət ki, təsdiqini tapdı. Statistika göstərir ki, indi tütün hər 13 saniyədə bir insanın, il ərzində 6 milyon insanın həyatına son qoyur. Ümumdünya təcrübəsi göstərir ki, siqaretlə mübarizədə maarifçilik və digər təbliğat tədbirləri ilə yanaşı, inzibati qadağalar, imperativ normaların tətbiq olunması da zəruridir. Bu mənada, tütün məmulatlarından istifadə edənlərin sayının azalması ölkəmizdə diqqət mərkəzindədir.
"Roma" rəsmisi "Qarabağ"la oyun haqda: “Ya indi, ya heç vaxt”
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Roma"da narahatlıq davam edir. Rəhbərlik qrup mərhələsinin son turunda yerli azarkeşlərin komandaya dəstək olmasını istəyir. Belə ki, bilet satışının gözləniləndən zəif olması üzündən baş məşqçi Eysebio Di Françeskodan sonra futbol direktoru Ramon Monçi də azarkeşlərə səslənib. O, şəxsi instaqram hesabı vasitəsilə fanatları komandaya dəstək olmağa dəvət edib.
Polis reyd keçirdi: 50-dən artıq sürücü cərimələndi
Astara Dövlət Yol Polis bölməsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən sürücülərə qarşı reyd keçirib. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşlar şəhər ərazsində və Artopa kəndində sərxoş sürüclərər qarşı reyd keçirib. Reyd zamanı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq, hərəkətin təhlükəsizliyini təmin etmək və hüquq pozuntusuna yol verən sürücüləri aşkarlamaq məqsədilə 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb.
Ayın sonunda əfvin olacağını gözləyirik” - Deputat
Ölkəmizdə bir qayda olaraq dekabr ayının sonlarında əfv sərəncamı verilir. İnsanlar buna köklənib və gözləyirlər. Biz də əfv sərəncamının olacağını gözləyirik. Bunu hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyib. Millət vəkili ilin sonunda əfvin olacağına ümid etdiyini deyib.
"Özümü ümummilli liderimizin məşhur "91-lər" siyasətinin sadiq əsgəri hesab edirəm"
Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında hakim partiyanın yaradılması, onun ölkədə aktiv siyasi qüvvəyə çevrilməsində xidmətləri olan bir sıra tanınmış şəxslər təltif edildi. Dövlət başçısının məlum sərəncamı əsasında təltif edilənlər sırasında hakim partiyanın üzvü, məşhur “91-lər”dən, filologiya elmlər doktoru, professor, filoloq-tarixçi Əjdər Tağıoğlu da vardı.
Səməd Seyidov: “Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil”
“Azərbaycan Avropa İtifaqına inteqrasiyanın deyil, bu birliklə qarşılıqlı faydalı əməkdaşlıq etməyin tərəfdarıdır”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Hacı Məmmədov dəfn olunub - YENİLƏNİB
Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilib. H. Məmmədovun meyiti müayinə olunduğu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon sindəyaxınları tərəfindən götürülüb.














