İntihara aparan yol
Son illər cəmiyyətdə müşahidə edilən mənfi hallardan biri də tez-tez intihar halları ilə rastlaşmağımızdır. Artıq vəziyyət o qədər problemli hal alıb ki, azyaşlı uşaqlar da intihar edirlər. Ümumiyyətlə, intihara əl atanları ekspertlər bir neçə kateqoriyaya bölülürlər. Bəziləri sağalmaz xəstəliyə düçar olduğundan bu həyatda yaşamağın mənasız olduğunu düşünərək intihar edir.
5 Dekabr 2017 13:08 SosialVə ya 12 yaşlı qızcığazın özünəqəsdinin səbəbləri
Son illər cəmiyyətdə müşahidə edilən mənfi hallardan biri də tez-tez intihar halları ilə rastlaşmağımızdır. Artıq vəziyyət o qədər problemli hal alıb ki, azyaşlı uşaqlar da intihar edirlər. Ümumiyyətlə, intihara əl atanları ekspertlər bir neçə kateqoriyaya bölülürlər. Bəziləri sağalmaz xəstəliyə düçar olduğundan bu həyatda yaşamağın mənasız olduğunu düşünərək intihar edir. Digər qism insanlar isə ya ailə-məişət zəminində baş verən problemlərdən dolayı, ya da psixi pozğunluq keçirməsi səbəbindən intihar variantını seçirlər. Bir qayda olaraq bəzi fərdlər intihara səbəb kimi sosial durumu əsas göstərsə də, lakin son vaxtlar baş verən intihar hallarına nəzər yetirdikdə aydın olur ki, özünəqəsdə səbəb olan amil heç də sosial durum deyil. Elə bu günlərdə bütün ölkənin gündəminə çevrilən 12 yaşlı qızın intihar etməsi də bunu bir daha təsdiqləyir. Məlum olduğu kimi bu günlərdə Ağdaş rayonunun Ləki kəndində 12 yaşlı uşaq intihar edib. Özü də məktub yazıb qoyub ki, Peyğəmbərimizin yanına gedirəm. 12 yaşlı bir uşağın intihara əl atması və yazdığı məktubda peyğəmbərin yanına getdiyini qeyd etməsi əslində cəhalətin göstəricisidir. Düzdür, son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kimi mənfi hallara qarşı mübarizə məqsədilə təxirəsalınmaz tədbirlər görüb həm paytaxt, həm də bölgələrdə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirsə də, görünən odur ki, hələ də yerlərdə dini bilgidən çox-çox uzaq olan insanlar var. Elə intihara əl atan 12 yaşlı uşağın bir vaxtlar yaşadığı bölgədə din kursuna getməsi barədə yayılan məlumat da məhz yerlərdə hələ də əsl dindən uzaq olan qondarma ilahiyyatçıların olduğundan xəbər verir. Bəs görəsən, baş vermiş intihar hadisəsi ilə əlaqədar ekspertlər nə düşünürlər?
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki,indi hamı günahı uşağın Quran oxumasında və məscidə getməsində görür: "Dəqiq araşdırmısızmı nə məsələdir?. Siz bilirsizmi bir saniyədə insan fikri necə dəyişikliklərə uğrayır. Bu uşaq niyə belə edib. Bəziləri deyir guya dini dərs aldığı və Quran öyrəndiyi üçün. Görəsən içib, çəkib və.s. edənlər niyə intihar edir bəs?". İlahiyyatçı hesab edir ki, sadəəcə bəzi ailələrdə mənəvi boşluq var: "Mənəvi boşluğu da məktəb, çevrə doldurmalıdır. Orta məktəblərdə və ali məktəblərdə İslam dini elmi şəkildə gənclərə aşılanmalıdır. Allah o uşağa rəhmət etsin.Allah günahların bağışlasın. Allah ailəsinə və yaxınlarına səbr versin. Amin. Təəssüf ki, ona gələn mənfi fikirlərə təslim olub. Hamı, ən ideal insanda belə bu hallar baş verə bilər. Heç kim aqibətinin necə olduğunu deyə bilməz".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə bildirib ki, bu azyaşlı uşaqları dinə cəlb etmək və bunu da onların saf, məsum psixoloji durumu nəzərə alınmadan, ūmumi boyūklərə olan yanaşma qaydasında etməyin agır, faciəli nəticəsidir: "12 yaşlı bir uşaq Agdaş rayon sakini intihar edib və məktub da yazıb özūnū asmaqdan əvvəl. Məktubda bunlar qeyd edilib: "Peyğəmbərin yanına gedirəm. Mənə görə də bacımın toyunu ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin". Ūmumiyyətlə, həyatın būtūn sahələrində uşaq psixolgiyası, durumu nəzərə alınır və onlara mūnasibətdə xūsusi yanaşılır. Təhsildə, ictimai yerlərdə əməkdə, nəqliyyatda s. Çūnki, azyaşlı cəmiyyətin yuxarı yaşlı təbəqəsindən kövrəkdir, yenidir, cūcərti-inkişaf dövrūnū yaşayır. Xūsusi fərq və qayğı ilə yanaşılmasa, ūmumi toplum içində əzilər, sıradan çıxar. Hūquq sistemində, cəza tətbiqində də azyaşlılara xūsusi yanaşma var". İlqar Altay deyib ki, dində də bu cūr olmalıdır: "Uşaq-yeniyetmələrin cəlb edilməsində bir qayda olmalıdır, sistemli xūsusi proqram və taktika ilə yanaşılmalıdır onlara. Böyūklərə Allah qatı, cənnət-cəhənnəm kimi, ya imamın dirilib qayıtması, mələk, cin-şeytan və sair təbliğatlar, onların ruhunu o dərəcədə də alıb, reallıqdan aparıb ūçurtma psixoloji halına gətirə bilmir. Çūnki gūnūn praktik iş-gūclū, qaygılı və çətin, gərgin tərəfli hissəsi onları real həyatda olmağa, qalmağa məcbur edir. Amma uşaqlarda bu yoxdur. Onların beyini tez, geriyə, dønməz olaraq yūklənir. Onları nagıllar, əfsanələr, uydurma kimi təbliğatlarla real və praktik normadan uzaqlaşdırıb, ruhi təsəvvūr qalyusinasiya anormal halına asan salmaq olur. Nəticə də budur. Ya bizim görūb və məlum etdiyimiz intihar, xəsarət, evdən baş götūrūb qaçma halları. Ya da ki, ömūrlūk gizli gedən və butūn qalan həyatına hakim kəsilən mənəvi-psixoloji, reallıqdan, normal praktik həyatdan ruhən qopma kimi pataloji problemlər. Ona görə, dinin təlim, ibadətlərin sistemləşdirilib dövlət nəzarətinə alınması vacibdir. Yaxşı olar ki, azyaşlı uşaqlar din təliminə hələ, cəlb olunmasın və ya, bu xūsusi proqram yanaşma ilə olunsun. Ruhani idarə, cəmiyyətlərdə, məscid, ibadət yığıncaq yerlərində uşaqların dinə cəlbi məsələsi də xūsusi diqqətə alınsın. Kimsə buna məsuliyyət daşısın".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Niyaməddin Orduxanlı bildirib ki, baş vermiş hadisə bir faicədir. Onun sözlərinə görə, ilk olaraq 12 yaşlı yeniyetmənin qatil mollalardı: "Bəli, məhz mollalar. O mollalar ki, bu gün Azərbaycan cəmiyyətinə hələ də xurafatı yayır, dinlə heç bir əlaqəsi olmayan və ağlına və ağzına gələni yas məclislərdə, bəzən məscidlərimizdə danışır. Çox təəssüf ki, XXI əsrdə də bu cür savadsız "din adamları" ilə qarşılaşırıq. Özünə qəsd etmiş körpənin məktubunu ürək ağrısı ilə oxudum. Çox təəssüfləndim. Və bilirəm ki, hər kəs bunun şokunu yaşadı. Görünür , biz cəmiyyət olaraq daha çox çalışmalıyıq. İslam dininin dəyərlərini insanlara doğru-dürüst çatdırmaq üçün daha çox çalışmalıyıq. Ədalət naminə deməliyəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Mübariz Qurbanlı bu vəzifəyə təyin olunandan nəzərə çarpacaq səviyyədə işlər görür. Keçən dəfə komitə ilə Prezidentin Yanında QHT Şurasının cəmiyyətdə din mövzusu ilə bağlı tədbirlərinə məni də dəvət etmişdilər. Tədbirdə çıxış edərək, həm Mübariz müəllimə, həm də Azay müəllimə bildirdim ki, gənclərimizin dini cərəyanlara qoşulmaması, savadsız mollaların təsirinə düşməməsi üşün Azərbaycanın aydınlarından, ziyalılarından bəhrələnmək lazımdır. Və bunun üçün İTV kanalında, AZTV-də çoxlu sayda verlişlər aparılmalıdır. Bu sahədə vəziyyətimiz çox da ürək açan səviyyədə deyil. Bu kanallar demək olar ki, cəmiyyəti bu yönümdə maarifləndirmək istiqamətində həddindən artıq az iş görür. Bu kanallar daha çox şou xarakterli verlişlərə, kriminal xəbərlərə üstünlük verir. Kanalların artıq əksər aparıcıları mügənillər, şou adamlarıdır. Savadsız mügənillər cəmiyyətə mənəvi dərs keçməklə məşğuldur. Ona görə , bir daha qeyd etmək istəyirəm ki, efir məkanından çox səmərəli istifadə etməliyik. Və XXI əsrdə biz cəmiyyət olaraq xurafat və mövhümat yayan mollalardan xilas ola bilməmişik. 12 yaşlı körpəmizin qatilləri isə, xurafat yayan mollalardı".
Füzuli