Gündəm

Azərbaycan 11, Ermənistan... - Beynəlxalq təşkilat 2017-ci ilin YEKUNLARINI AÇIQLADI

5 Dekabr 2017 12:47

Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2017-ci ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2017) dərc edib. 2017-ci ildə neft qiymətlərindəki azalma və hərbiləşdirmənin səviyyəsi arasındakı əlaqə xüsusilə Mərkəzi və Cənubi Amerikada, eləcə də Yaxın Şərqdə aydın görünür.

Məşhur simaların nikah müqavilələrində AĞLAGƏLMƏZ BƏNDLƏR - FOTO

5 Dekabr 2017 12:44

Məşhur və varlı ailələrinin nümayəndələri ailə quranda maliyyə məsələləri də özü-özlüyündə nikah qarşısında duran əsas məsələlərdən biri olur. Maliyyə müqaviləsi nikaha qədər və mütləq yazılı şəkildə olmalıdır.

Məktəb saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilir

5 Dekabr 2017 12:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, təlimlər noyabrın 20-dən dekabrın 4-dək BŞTİ-nin hər bir rayonun məktəbləri üzrə ayrılıqda təşkil olunub.

Bələdiyyə nümayəndələri Vyanada olublar

5 Dekabr 2017 12:39

Avstriyanın paytaxtı Vyanada Şərq tərəfdaşlığı ölkələrində uyğun partnyorluq, yaxşı idarəetmə üçün tərəfdaşlıq məsələlərinə həsr olunan “Yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi proqramı” çərçivəsində tədbir təşkil olunub.

Terrorçular sərhədçiləri hədəf aldı

5 Dekabr 2017 12:37

Türkiyənin Iğdır vilayətinin İranla sərhəd olan Gökay sərhəd məntəsində silah səsləri eçidilib. Belə ki, İran ərazisi tərəfindən iranlı əsgələr hədəf alınaraq, atəşə məzru qalıblar. Silahlı qarşıdurma zamanı 4 əsgər yaralanıb. İranlı əsgərlər ona yaxın olan Türk hərbiçilərindən kömək istəyiblər.  Yaralı  hərbiçilərə Gökay Sərhəd məntəqəsinin həkimləri tərərfindən ilk tibbi yardım göstərilib. 2 yaralı əsgər  helikopter vaistəsilə Kars Dövlət Xəstəxanasına, 1 yaralı  Iğdır Dövlət Xəstəxanasına, digər yaralı əsgər isə Aralıq Dövlət Xəstəxanasına yerləşdiriliblər. Lakin, Aralıq Dövlət Xəstəxanasına gətirilən hərbçi həkimlərin səylərinə baxmayarq dünyasını dəyişib.

Deputatımız qadınlara həsr olunmuş tədbirdə iştirak edəcək

5 Dekabr 2017 12:35

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “İşdə qadın” mövzusunda keçiriləcək 2-ci Beynəlxalq zirvə görüşündə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya səfər edib. MM-dən “Olaylar”a verilən məlumata görə, Türkiyənin Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qadınların ictimai-siyasi həyatda rolu, onların sosial, iqtisadi sahələrdə fəallığının artırılması məsələləri müzakirə olunacaq.

"Qarabağ lətifələri" adlı təbliğat xarakterli açıqcalar - Azərbaycan, rus və ingilis dillərində

5 Dekabr 2017 12:32

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun Qarabağ silsiləsindən növbəti birgə layihəsi işıq üzü görüb. Olaylar.az bildirir ki, "Qarabağ lətifələri" adlı təbliğat xarakterli açıqcalar toplusu azərbaycan, rus və ingilis dillərində çap olunub.

Sahibə Qafarova miqrantlarla bağlı hesabat verəcək

5 Dekabr 2017 12:29

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın fakt araşdırıcı missiyasının tərkibində İtaliyanın paytaxtı Romada səfərdədir. Deputatımız AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə yola düşəcək.

Azay Quliyev ATƏT-in tədbirinə qatılacaq

5 Dekabr 2017 12:28

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 24-cü toplantısında iştirak etmək üçün dekabrın 5-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək. MM-dən “Olaylar”a verilən məlumata görə, Büroda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə aid məsələlər, digər aktual mövzular  müzakirə olunacaq.

Sergey Lavrov: “Xəzər beşliyi”ndə əməkdaşlığın səviyyəsindən razıyıq"

5 Dekabr 2017 12:27

“Xəzər beşliyi”ndə əməkdaşlığın səviyyəsindən razıyıq". Bunu Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasındakı açılış nitqində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. 

Səməd Seyidov: “Azərbaycan Avropaya təhlükəsizlik gətirir”

5 Dekabr 2017 12:20

“Azərbaycanın Avropa ilə yaxınlaşmaqda strateji məqsədləri var”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Tbilisidə  keçirilən “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransında deyib. O bildirib ki, Azərbaycanın iştirakı ilə həyata keçirilmiş və gələcəkdə reallaşdırılacaq layihələr ölkəni Avropa ilə yaxınlaşdırır: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regionu Avropaya, Avopanı isə regiona yaxınlaşdırır”.

Məşhur aşıq Azər Xanlaroğlundan acı – Xəbər

5 Dekabr 2017 12:18

İrandan müayinə və müalicədən qayıdan tanınmış aşıq Azər Xanlaroğlunun səhhətində heç bir irəliləyiş yoxdur. Bu barədə tanınmış aşıq özü məlumat verib.

Kaliforniya "yanır" - 600 ailə təxliyə edildi

5 Dekabr 2017 12:17

ABŞ-ın qərbində Kaliforniya ştatında meşə yanğınları tüğyan edir. Məlumata görə, yanğınla əlaqədar 600-dən çox ailə həmin yerə yaxın ərazilərdən təxliyə edilib. Məlumata görə, yanğın 12 kv.km ərazini əhatə edib. Yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində işi davam etdirirlər.

Teleməkanımıza yeni TV-lər daxil olur

5 Dekabr 2017 12:11

Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına yeni TV-lər əlavə edilib. “Olaylar” xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə, Belarusun “Belarus 24”, Azərbaycanın “Muz TV” və “Dalğa” telekanalları kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına əlavə olunub.

Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib

5 Dekabr 2017 12:09

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın xarici işlər naziri Mixayıl Canelidze arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən xəbərə görə, E. Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində Azərbaycan və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrində nəzərəçarpacaq inkişafın müşahidə olunduğunu bildirib.