Səməd Seyidov: “Azərbaycan Avropaya təhlükəsizlik gətirir”

“Azərbaycanın Avropa ilə yaxınlaşmaqda strateji məqsədləri var”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Tbilisidə  keçirilən “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransında deyib. O bildirib ki, Azərbaycanın iştirakı ilə həyata keçirilmiş və gələcəkdə reallaşdırılacaq layihələr ölkəni Avropa ilə yaxınlaşdırır: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regionu Avropaya, Avopanı isə regiona yaxınlaşdırır”.

"Azərbaycanın Avropa ilə yaxınlaşmaqda strateji məqsədləri var". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Tbilisidə  keçirilən "Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması" mövzusunda beynəlxalq parlament konfransında deyib. O bildirib ki, Azərbaycanın iştirakı ilə həyata keçirilmiş və gələcəkdə reallaşdırılacaq layihələr ölkəni Avropa ilə yaxınlaşdırır: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regionu Avropaya, Avopanı isə regiona yaxınlaşdırır".
 
S. Seyidov qeyd edib ki, rəhbərlik etdiyi parlament komitəsi Aİ üzv ölkələri ilə 10 qarşılıqlı strateji sazişi ratifikasiya edib: "Bu əhəmiyyətli sənədlər Azərbaycanın Avropadan uzaq deyil, yaxın olduğunu göstərir". S. Seyidovun sözlərinə görə, Azərbaycan Avropaya təhlükəsizlik gətirir: "Azərbaycan Avropaya milyon dollarla investisiyalar yatırır və alternativ təhlükəsiz qaz kəməri ilə təmin edir. Azərbaycan qonşu ölkələr, ilk növbədə Gürcüstan və Türkiyə ilə qarşılıqlı münasibətləri əsasında bütün dünyaya nümunə göstərir".  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31