Məktəb saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, təlimlər noyabrın 20-dən dekabrın 4-dək BŞTİ-nin hər bir rayonun məktəbləri üzrə ayrılıqda təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib. "OLAYLAR"-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, təlimlər noyabrın 20-dən dekabrın 4-dək BŞTİ-nin hər bir rayonun məktəbləri üzrə ayrılıqda təşkil olunub. BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektoru tərəfindən keçirilən təlimlərin əsas məqsədi məktəb saytlarının daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasını təmin etməkdən ibarətdir.  Təlimlərdə iştirakçılar məktəb saytlarında edilən əlavə və dəyişikliklər, texniki yeniliklər barədə geniş məlumatlandırılıblar. Onlara saytlardakı müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsi, xəbərlərin və məktəbə aid digər məlumatların yenilənməsinə dair müvafiq tövsiyə və tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31