"Qarabağ lətifələri" adlı təbliğat xarakterli açıqcalar - Azərbaycan, rus və ingilis dillərində
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun Qarabağ silsiləsindən növbəti birgə layihəsi işıq üzü görüb. Olaylar.az bildirir ki, "Qarabağ lətifələri" adlı təbliğat xarakterli açıqcalar toplusu azərbaycan, rus və ingilis dillərində çap olunub.
5 Dekabr 2017 12:32 SosialMədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun Qarabağ silsiləsindən növbəti birgə layihəsi işıq üzü görüb. Olaylar.az bildirir ki, "Qarabağ lətifələri" adlı təbliğat xarakterli açıqcalar toplusu azərbaycan, rus və ingilis dillərində çap olunub.
Açıqcalar toplusundan ibarət nəşr Elmi-Metodiki Mərkəz tərəfindən qeyri-maddi mədəni irs və milli adət-ənənələrin qorunması məqsədi ilə dərc olunub.
Toplu üzərində AMEA-nın Folklor İnstitutu tərəfindən filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodiki Mərkəz tərəfindən isə İrina Özçoban çalışıblar.