Yeniyetmələr və qadınların siqaretə meyli artıb
Uzun müddətdən bəri müzakirəsi aparılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun nəhayət ki, təsdiqini tapdı. Statistika göstərir ki, indi tütün hər 13 saniyədə bir insanın, il ərzində 6 milyon insanın həyatına son qoyur. Ümumdünya təcrübəsi göstərir ki, siqaretlə mübarizədə maarifçilik və digər təbliğat tədbirləri ilə yanaşı, inzibati qadağalar, imperativ normaların tətbiq olunması da zəruridir. Bu mənada, tütün məmulatlarından istifadə edənlərin sayının azalması ölkəmizdə diqqət mərkəzindədir.
5 Dekabr 2017 13:07 SosialYeni qanun belə halların qarşısını ala biləcəkmi?
Uzun müddətdən bəri müzakirəsi aparılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun nəhayət ki, təsdiqini tapdı. Statistika göstərir ki, indi tütün hər 13 saniyədə bir insanın, il ərzində 6 milyon insanın həyatına son qoyur. Ümumdünya təcrübəsi göstərir ki, siqaretlə mübarizədə maarifçilik və digər təbliğat tədbirləri ilə yanaşı, inzibati qadağalar, imperativ normaların tətbiq olunması da zəruridir. Bu mənada, tütün məmulatlarından istifadə edənlərin sayının azalması ölkəmizdə diqqət mərkəzindədir. 11 ilə yaxın müddət ərzində gündəmdə olan məsələlərdən biri də ictimai yerlərdə tütün və tütüm məmulatlarından istifadəyə qadağa qoyulması idi. Müvafiq qanun layihəsi parlamentdə dəfələrlə müzakirə edilib. Nəhayət ki, qanun layihəsi son oxunuşda qəbul olundu. İndi marqlı bir məqam ortaya çıxıb: qanunda əksini tapan müddəaların icrası mümkün olacaqmı? Xatırladaq ki, ölkə qanunvericiliyində tütün məmulatlarının məhdudlaşdırılması ilə bağlı bir sıra müddəalar mövcuddur ki, indiyə qədər onların icrası mümkün olmayıb. Məsələn, qanunvericiliyə görə, Azərbaycanda siqaretlər yalnlz lisenziyası olan dükanlarda satıla bilər, siqaretlərin ədədlə, o cümlədən təhsil müəssisələrinə yaxın ərazilərdə, xüsusən azyaşlılara satılması qadağandır. Lakin reallıqda tamamilə başqa mənzərənin şahidi oluruq. Bu baxımdan sual yaranır, yeni qanunda əksini tapmış məhdudiyyətlər nə dərəcədə icra olunacaq?
Əvvala qeyd edək ki, sözgedən qanun əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir. Qanuna əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək. Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq. Qanunda bildirilir ki, iş yerlərində siqaret çəkilməsinə yerin ayrılması işəgötürənin ixtiyarındadır, burada hər hansı tələb irəli sürülmür. Bundan əlavə, bələdiyyələrə maarifləndirilmə tədbirlərinin keçirilməsi ilə bağlı səlahiyyət verilib. Layihədə bildirilib ki, tütün istehsalçıları əvəzsiz xeyriyyəçiliklə məşğul ola bilərlər.
Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun mükəmməl hazırlanıb: "Bu qanun dünyanın inkişaf etmiş ölkələrində qəbul olunan layihələrdən geri qalmır. Ancaq digər ölkələrin təcrübəsi göstərir ki, qanunun qəbulundan sonra onun icrasına nəzarət etmək mühüm məsələdir.Ümumdünya Səhiyyə Təşkilatının Tütün Məmulatlarının Məhdudlaşıdırıması Konvensiyası var. Ümid edirəm ki, bu qanun qəbul olunduqdan sonra ölkəmiz bu Konvensiyaya qoşulacaq. Dünya təcrübəsi göstərir ki, bu tipli qanunun qəbulundan sonra ölkədə siqaret çəkənlərin 10-17 faizi tütün məmulatlarından imtina edir. Yeniyetmələr arasında bu faiz 20-25 faizə qədər qalxır. Belə olan halda, ölkədə siqaret çəkənlərin sayı azalır. Bu baxımdan bu qanun çox mühümdür. Odur ki, belə bir qanunun qəbul edilməsi böyük əhəmiyyət kəsb edir". Millət vəkili, Milli Məclisinin Gənclər və İdman Komitəsinin üzvü Naqif Həmzəyev bildirib ki, siqaretdən istifadə ilə bağlı cəmiyyətimizdə xoşagəlməz hallar, xüsusən də qadınların, yeniyetmələrin tütün məmulatlarından istifadə etmələrini müşahidə edirik: "Bu da ciddi narahatlıq doğurmaya bilməzdi. Ona görə də Azərbaycanda bütün ictimai yerlərdə siqaretin və digər tütün məmulatlarının istifadəsini qadağan edən qanunvericilik sənədinin qəbul olunması cəmiyyət tərəfindən birmənalı qarşılandı. Siqaret çəkən insanların əksəriyyəti öz ziyanlı vərdişindən əl çəkə bilmir, onun sağlamlıq üçün həqiqi ziyanını anlamırlar. Təəssüflər olsun ki, indiyə qədər tütün məmulatlarının reklamı aparılırdı. Bu da xüsusilə gənclərin, yeniyetmələrin siqaretə marağını artırırdı. Qəbul edilən qanun layihəsi yetkinlik yaşına çatmayanlara siqaret çəkməyi qadağan edir. Qanuna əsasən televiziyalarda verilən filmlərdən siqaretin reklamı götürüləcək. Ümumilikdə, siqaretin açıq reklamı qadağan olunacaq. Düşünürəm ki, xüsusilə təhsil müəssisələrində bu istiqamətdə maarifləndirmə işləri daha çox aparılmalıdır. Siqaretə vərdişl bağlı orta təhsil müssisələrində vəziyyət ürəkaçan deyil. Yeniyetmələrimizin bu zərərli vərdişə meyli artıb. Ümid edək ki, ciddi maarifləşdirmə işi aparıldıqdan sonra siqaret çəkənlərin sayı azalacaq. Tütün məmulatlarından az istifadə edilsə həm ekologiya təmiz qalır, həm də əhalinin sağlamlığına müsbət təsir edər. Qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasında mühüm addım oldu. Bu yöndə maarifləndirmə işlərini gücləndirməsi də zəruri məsələlərdəndir". Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, bu qanunun ciddi narazılıqlara səbəb olacağını düşünmürəm. Çünki siqaret çəkən insanların da böyük əksəriyyəti başa düşür ki, tütün orqanizm üçün son dərəcədə ziyanlıdır. Amma vərdişə çevrildiyi üçün bəziləri siqaretdən imtina edə bilmirlər. Q. Həsənquliyev bildirib ki, bu qanun çəkindirici faktor rolunu oynayır və insanların bir xeyli faizinin siqareti azalması və ya tərgitməsinə kömək olacaq: " Qapalı məkanda siqaret çəksə, dərhal cərimə olunacağını bilən adam məcbur olub hər dəfə açıq havaya çıxacaq. Bu isə hər dəfə təkrarlananda adamlar yorulur, tütünün istehlakını yavaş-yavaş azaldırlar. Əslində bu qanunun qəbulu xeyli yubanıb. Gərək vətəndaşlarımız və polis ciddi şəkildə qanunun tətbiqinə nəzarət etsinlər". Q. Həsənquliyev sulu qəlyanın, ümumiyyətlə, qadağan edilməsinin tərəfdarı olduğunu bildirib: "Sulu qəlyan yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Xüsusi ilə restoranlarda, kafelərdə sulu qəlyan qəti qadağan olunmalıdır".
Alim