Ərəbistanın vəliəhd şahzadəsi “İlin adamı” oldu

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Saud 2017-ci il üzrə “İlin adamı” seçilib.  Bu, “Time” jurnalı oxucularının onlayn səsverməsi nəticəsində müəyyən edilib. Jurnalın saytında bildirilir ki, şahzadə 24% səslə liderlik edir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Saud 2017-ci il üzrə "İlin adamı" seçilib.  Bu, "Time" jurnalı oxucularının onlayn səsverməsi nəticəsində müəyyən edilib. Jurnalın saytında bildirilir ki, şahzadə 24% səslə liderlik edir. İkinci yerdə 6 faizlə "# MeToo" ("Mən də həmçinin") kampaniyasının iştirakçıları qərarlaşıb. Sonrakı yerləri Amerika futbolunun oyunçusu Kolin Kapernik (5 faiz), "Rusiya işi" üzrə ABŞ-ın xüsusi prokuroru Robert Müller və ABŞ-a valideynlərini qanusuz yolla keçirən gənclərdən ibarət "Xəyalpərəstlər" ("Dreamers") qrupu tutur.

"Time" dekabrın 6-da "İlin adamı"nı elan edəcək. Bir qayda olaraq, redaksiyanın qərarı oxucuların seçimindən fərqlənir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31