Rusiyadan Saakaşvilinin həbsinə - Reaksiya

Biz Ukraynada baş verənləri diqqətlə izləyirik. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Kiyev də, Saakaşvili də növbəti dəfə bizi təəccübləndirir. Qalstukun yeyilməsindən dama çıxmağa qədər, o, siyasətdə müəyyən yol keçib. Yol çox qaranlıq olub. Biz baş verənləri diqqətlə izləyirik. Əlbəttə ki, bu, Ukraynanın baş ağrısıdır. Belə bir vəziyyəti düşmənə də arzulamazdım”, – deyə o bildirib.

Biz Ukraynada baş verənləri diqqətlə izləyirik. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. "Kiyev də, Saakaşvili də növbəti dəfə bizi təəccübləndirir. Qalstukun yeyilməsindən dama çıxmağa qədər, o, siyasətdə müəyyən yol keçib. Yol çox qaranlıq olub. Biz baş verənləri diqqətlə izləyirik. Əlbəttə ki, bu, Ukraynanın baş ağrısıdır. Belə bir vəziyyəti düşmənə də arzulamazdım", - deyə o bildirib.

Qeyd edək ki, az öncə Saakaşvili Kiyevdə həbs edilib. Onun dövlət çevrilişinə cəhddə və cinayətkar dəstələrlə əlaqədə ittiham olunur. hazırda Saakaşvili tərəfdarları hüquq-mühafizə orqanı əməkdaşlarını mühasirəyə alaraq, onun aparılmasına imkan vermir. Ukrayna Ali Radasında olayla bağlı müzakirələr aparılır. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31