Nazirin qəbul vaxtı dəyişdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib.  Nazirlikdən “Olaylar”a verilən məlumata görə, dekabrın 8-nə nəzərdə tutulan qəbulunun vaxtı dekabrın 15-nə dəyişdirilib. Həmin tarixdə saat 12:30-da R. Quluzadə Salyanda bu rayon da daxil olmaqla, Neftçala, Biləsuvar, Cəlilabad  və Cəbrayıl rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Görüşdə, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlər müzakirə olunacaq. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib.  Nazirlikdən "Olaylar"a verilən məlumata görə, dekabrın 8-nə nəzərdə tutulan qəbulunun vaxtı dekabrın 15-nə dəyişdirilib. Həmin tarixdə saat 12:30-da R. Quluzadə Salyanda bu rayon da daxil olmaqla, Neftçala, Biləsuvar, Cəlilabad  və Cəbrayıl rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Görüşdə, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlər müzakirə olunacaq. 

Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31