Bakıda XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi açılıb
Dekabrın 5-də Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir – “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı işə başlayıb. Bununla da “Yüksək Texnologiyalar Həftəsi”nə start verilib.
5 Dekabr 2017 15:02 SosialDekabrın 5-də Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - "Bakutel-2017" XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı işə başlayıb. Bununla da "Yüksək Texnologiyalar Həftəsi"nə start verilib. "Olaylar" xəbər verir ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Bakutel-2017" XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransının açılışı münasibətilə iştirakçıları təbrik edib, onun işinə uğurlar arzulayıb. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən yeni inkişaf strategiyası sayəsində ölkəmiz hazırda sürətli iqtisadi inkişaf tempinə, müasir və dayanıqlı infrastruktura, geniş kommunikasiya imkanlarına və əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir: "Əminəm ki, sərgi-konfrans çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr qarşılıqlı faydalı əməkdaşlığa və İKT sektorunun gələcək inkişafına öz dəyərli töhfəsini verəcək".