Penitensiar xidmətin Baş idarəsində müşavirə keçirilib

Penitensiar xidmətin Baş idarəsində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, habelə qeydiyyat şöbələri rəislərinin iştirakı ilə müşavirə keçirilib. “Olaylar”ın xəbərinə görə, Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixdə imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın sistemli və genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsində yeni mərhələnin əsasını qoyduğunu qeyd edib. Həmçinin vurğulanıb ki, Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası məqsədilə çoxsaylı humanist tədbirlər həyata keçirilmiş, o cümlədən 20.10.2017-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun qəbul olunub. Ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər haqqında Qanunun icrasının təşkili barədə konkret göstərişləri özündə əks etdirən 21.11.2017-ci il tarixli əmr imzalayıb.

Penitensiar xidmətin Baş idarəsində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, habelə qeydiyyat şöbələri rəislərinin iştirakı ilə müşavirə keçirilib. "Olaylar"ın xəbərinə görə, Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixdə imzalanmış "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamın sistemli və genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsində yeni mərhələnin əsasını qoyduğunu qeyd edib. Həmçinin vurğulanıb ki, Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası məqsədilə çoxsaylı humanist tədbirlər həyata keçirilmiş, o cümlədən 20.10.2017-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanun qəbul olunub. Ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər haqqında Qanunun icrasının təşkili barədə konkret göstərişləri özündə əks etdirən 21.11.2017-ci il tarixli əmr imzalayıb. "Əmrdə Cinayət Məcəlləsinə 300-dək mühüm dəyişiklik edildiyi, bir sıra əməllərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 160-dək maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növünün daxil edilməsi, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi öz əksini tapıb. Qanunun penitensiar müəssisələr tərəfindən dürüst və mütəşəkkil icrasının, habelə zəruri metodiki köməkliyin göstərilməsi işinin təşkili məqsədilə Penitensiar xidmət üzrə İşçi qrupunun yaradılmasına dair göstəriş verilmişdir", - deyə Hüseyn Əlixanov qeyd edib. Qanunun vaxtında və düzgün icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi üzrə verilmiş əmrin icrasının təşkili ilə bağlı Xidmətin məsul əməkdaşlarından ibarət İşçi qrupunun yaradılması barədə Xidmət rəhbərliyi tərəfindən əmr imzalandığı bildirilmiş və İşçi qrupunun tərkibi elan edilib. İşçi zəruri tədbirlərin həyata keçirilməsi kimi mühüm tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31