BakuBus – dan tapılan qədim sikkələr Muzeyə təhvil verildi
Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyinə BakuBus - dan tapılan qədim sikkələr təhvil verilib. Naməlum şəxs tərəfindən avtobusda unudulmuş sikkələr mühüm tarixi əhəmiyyət kəsb edir. BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev və şöbənin mütəxəssisi Şəfa Hümbətova Olaylar.az –a bildiriblər ki, avtobusda tapılan sikkələrin sahibi tapılmayıb. Müvafiq orqanlara bunula bağlı məlumat verdikdən sonra tapılan sikkələrin Milli Azərbaycan Tarixi Muzeyinə verliməsi məqsəduyğun hesab edilib.
5 Dekabr 2017 15:41 MədəniyyətBu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyinə BakuBus - dan tapılan qədim sikkələr təhvil verilib. Naməlum şəxs tərəfindən avtobusda unudulmuş sikkələr mühüm tarixi əhəmiyyət kəsb edir. BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev və şöbənin mütəxəssisi Şəfa Hümbətova Olaylar.az -a bildiriblər ki, avtobusda tapılan sikkələrin sahibi tapılmayıb. Müvafiq orqanlara bunula bağlı məlumat verdikdən sonra tapılan sikkələrin Milli Azərbaycan Tarixi Muzeyinə verliməsi məqsəduyğun hesab edilib.
32 ədəd sikkə Muzeyin Numizmatika və epiqrafika şöbəsinin müdiri, numizmat alim, professor Əli Rəcəbli tərəfindən tədqiq edilib müəyyənləşdirilib. Sikkələr XV əsrdə zərb olunmuş mis sikkələrdən və şirvanşah Şahruxun dövründə (XVI əsr) kəsilmiş gümüş təngədən ibarətdir. Materiallar Muzeyin Numizmatika fonduna təhvil verilib.