Bakıda Ümumi Tranzit Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə dair seminar keçirilir
Dekabrin 5-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Ümumi Tranzit Konvensiyası (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) dair seminar işə başlayıb. Seminar Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir. “Olaylar” xəbər verir ki, seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tədbirin Azərbaycan gömrükçüləri üçün əhəmiyyətli olduğunu qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib.
5 Dekabr 2017 15:54 SosialDekabrin 5-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Ümumi Tranzit Konvensiyası (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) dair seminar işə başlayıb. Seminar Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir. "Olaylar" xəbər verir ki, seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tədbirin Azərbaycan gömrükçüləri üçün əhəmiyyətli olduğunu qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib. Aydın Əliyev vurğulayıb ki, Ümumi Tranzit Proseduru və Ticarətin Sadələşdirilməsinə dair konvensiyaya qoşulmaq Dövlət Gömrük Komitəsinin 2017-2021-ci illər üzrə fəaliyyət planındakı vacib hədəflər sırasında yer alıb. Komitə sədri hazırda Avropa məkanında tətbiq edilən NCTS -yə qoşulmaq istiqamətində atılan addımlardan, bu sistemin ölkəmiz və region üçün faydalarından bəhs edib. Aydın Əliyev ölkəmizin tranzit imkanlarının artırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı layihələrin gələcəkdə yükdaşımaların asan və sürətli həyata keçirilməsinə münbit şərait yaradacağını, ümumilikdə beynəlxalq ticarətin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Seminarda Serbiya Respublikası gömrük xidməti əməkdaşlarının ekspert qismində iştirak etməsini yüksək qiymətləndirən Aydın Əliyev Serbiyanın böyük tranzit imkanlarına malik olmaqla yanaşı, bu sahədə əldə etdiyi təcrübənin Azərbaycan üçün maraqlı nümunə olacağına əminliyini ifadə edib. Komitə sədri ötən əsrin sonlarından etibarən Azərbaycan və Serbiyanın ərazi bütövlüyü ilə bağlı problemlərlə üzləşdiyini, bu problemlərin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində iki dost ölkənin birlikdə səy göstərdiyini də diqqətə çatdırıb.