Gündəm
Parlament müxalifətin bəyanatını rədd etdi
Ermənistan parlamenti Yelk bloku tərəfindən hazırlanan və ölkənin Avrasiya İqtisadi Birliyindən çıxarılmasını tələb edən sənədi qəbul etməyib. Məlumata görə, ümumilikdə 76 deputat sənədin əleyhinə, 6 nəfər isə lehinə səs verib.
Yəməndə qanlı toqquşmalar davam edir - 234 nəfər ölüb
Yəmənin paytaxtı Sənada üsyançı husilərlə öldürülən sabiq prezident Əli Abdulla Salehin tərəfdarları arasında baş verən silahlı toqquşmalar nəticəsində 234 nəfər həyatını itirib. Bu barədə məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsi yayıb.
Baş prokuror: Saakaşvilini Yanukoviçin yaxınları maliyyələşdirib
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada keçirdiyi aksiyaları sabiq dövlət başçısı Viktor Yanukoviçin yaxınları maliyyələşdirib. Bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN başçısı: "Xəzərin hüquqi statusuna dair 20 illik işi yekunlaşdırdıq"
"Xəzərdə insidentlərin araşdırılmasına dair razılaşmada xeyli irəliləyiş əldə olunub". Bu sözləri Rusiya xarici işlər naziri Sergey LavrovXəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada baş tutan toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi başlayır
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi icraata götürülüb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılacaq.
Dövlət Komitəsi: Azərbaycanda 5000-ə qədər münaqişəli ailə var
“Təəssüflər olsun, Azərbaycanda münaqişəli ailələrin sayında artım müşahidə edilir”. Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Qəzet kağızı gömrük rüsumundan tam azad edilib
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad edilib. Məlumata görə, bu,Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Qarabağa qanunsuz gedən türklər: "Bizə cinayət işi qaldırılmayıb, Çavuşoğlu da Bakıda düz danışmayıb"
Bir neçə ay əvvəl Ermənistan üzərindən işğal altındakı Azərbaycan ərazilərinə səfər edən və Qarabağdakı qondarma erməni rejiminin nümayəndələri ilə görüşən dörd Türkiyə vətəndaşı xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıda yalan danışdığını bildirir.
Türkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir
Türkmənistan Respublikası İran İslam Respublikasını Beynəlxalq Arbitraj Məhkəməsinə verir. Ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə məhkəməyə təqdim ediləcək sənədləri hazırlamağ tapşırıb.
İranın XİN başçısı: “Xəzərdə başqa dövlətlərin hərbi iştirakı mümkün deyil”
Xəzər dənizində başqa dövlətlərin hərbi iştirakı mümkün deyil. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, bu barədə beş Xəzəryanı dövlət razılıq əldə edib. Nazir qeyd edib ki, Xəzərin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın hazırlanması istiqamətində işlər davam edir. Tərəflər arasında konstruktiv müzakirələr aparılır və Konvensiyanın bir çox maddələri razılaşdırılıb. Onun sözlərinə görə, mütəxəssislər 49 görüş keçiriblər və Konvensiyanın hazırlanması üçün tərəflər arasında 12 sənəd imzalanıb.
Saakaşvili Ukrayna prezidentinin impiçmentini tələb etdi
Avtobusdan çıxandan sonra Mixail Saakaşvili tərəfdarlarının və KİV nümayəndələrinin müşayiəti ilə piyada öz evinə tərəf yollanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu izləməyib.
Hikmət Rəhimov və Rasim Cəfər “Yuğ” dan getdilər
Dövlət “Yuğ” teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar. Bu barədə teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.
Ərdoğandan Rza Zərrab AÇIQLAMASI
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bir sıra məsələlərə aydınlıq gətirib. Dövlət başçısı söyləyib ki, bu günə qədər dost olaraq qəbul etdikləri qüvvələrin heyətinə zərər verməmək üçün həssaslıqla hərəkət etmişik: “Amma Suriyadakı terror qruplaşmalarınn elementlərini məhv edəcəyik".
Bakcell şirkəti “Bakutel 2017” sərgisində: ən son mobil texnologiyalar və bir- birindən maraqlı əyləncələr
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “BakuTel 2017” Sərgi-Konfransında fəal iştirak edir. Bakcell şirkəti öz ənənəsinə sadiq qalaraq bu il də ziyarətçiləri və sərgi iştirakçılarını böyük məmnuniyyətlə öz stendinə dəvət edərək, ən müasir texnologiyaları, ən son innovasiyaları, rahat və müasir məhsul və xidmətlərini, şirkətin son nailiyyətlərini onlara nümayiş etdirəcək, habelə onlar üçün bir sıra əyləncəli və maraqlı oyunlar, fan-zonalar təşkil edəcək.
Ərdoğan: "ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, İsraillə əlaqələri kəsəcəyik"
Qüds müsəlmanların qırmızı cizgisidir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında deyib.














