Ərdoğandan Rza Zərrab AÇIQLAMASI

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bir sıra məsələlərə aydınlıq gətirib. Dövlət başçısı söyləyib ki, bu günə qədər dost olaraq qəbul etdikləri qüvvələrin heyətinə zərər verməmək üçün həssaslıqla hərəkət etmişik: “Amma Suriyadakı terror qruplaşmalarınn elementlərini məhv edəcəyik".

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bir sıra məsələlərə aydınlıq gətirib. Dövlət başçısı söyləyib ki, bu günə qədər dost olaraq qəbul etdikləri qüvvələrin heyətinə zərər verməmək üçün həssaslıqla hərəkət etmişik: "Amma Suriyadakı terror qruplaşmalarınn elementlərini məhv edəcəyik".

Dövlət başçısı toplantıda etdiyi çıxışında Ana müxalifət liderinin partiya masasında nümayiş etdirdiyi sənədlərin yalan olduğunu dilə gətirib: "Həmin şəxsin bütün yalanlarını üzə çıxardıq. Burdan bir daha bildirirəm ki, Dövlət başçısının və yaxınlarının həmin yalanlarla heç bir əlaqəsi yoxdur. Sübut deyə nümayiş etdirdiyi sənədlər saxtadır. Əgər iddiasını sübut edə bilsəydi mən siyasətdən uzaqlaşacaqdım. Ortada belə bir sənəd olmadığı üçün eyni hərəkəti ondan gözləyirəm".

Çıxışının davamında Türkiyənin ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının lideri Kemal Kılıçdaroğlunun ötən həftə çıxışına toxunan Ərdoğan fikirlərini belə davam edib: "Bu adam nə danışdığını bilmir. Çünki o ötən həftə çıxışında bildirdi ki, Ədalət və İnkişaf Partiyası narkotik maddə istifadəsi mövzusunda müzakirələri rədd edib. Halbuki bu məsələ ilk olaraq məhz bizim deputatların dəstəyi ilə müzakirə edilərək araşdırma kamissiyanın yaradılması haqqında qərar qəbul edilib. Bu adam indi də ABŞ-ın ölkəmizə qarşı silah kimi istifadə etdiyi Rza Zarrab iddiası ilə bağlı izahat verəcək".

Türkiyə dövlət başçısı çıxışı zamanı ABŞ-da baş verənlərlə bağlı fikirlərini bölüşüb.

Dövlə başçısının sözlərinə görə, ABŞ-da baş verənlər heç biri hüququ əsası olmayan, subyektiv baxışdır: "Göründüyü kimi, tənqidi mərhələlərdə söz sahibi olan bir sıra keçmiş icraçı maraqlı tərəflər Trampdan tamamilə fərqli siyasət aparırlar. Bizim müzakirə aparacağımız insan yalnız Trampdır. Lakin İranla ticarət əlaqələrimizə görə bizi günahkar adlandırmaq istəyənlərin əsas məqsədi terror ordusunu təqib etməkdir. Əslində ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsinin əsas ziyanı onun Qərbdə fəaliyyət göstərən şirkətlərinə dəymiş oldu. Bir çox banklar cinayət məsuliyyətinə cəlb edildi. Bu vəziyyət Amerikanın daxili siyasətindəki mübarizəni göstərir. Belə olan halda, bir daha məlum olur ki, əslində işin mahiyyətində heç bir korrupsiya halı yoxdur və ola da bilməz".  Sia.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31