Gündəm
Təxirə salınmış oyunun vaxtı açıqlandı
Topaz Premyer Liqasında IV turdan təxirə salınmış "Səbail" - "Qarabağ" oyununun vaxtı açıqlanıb. Oyun 8 dekabr saat 18:00-da keçiriləcək.
Masallıda minik avtomobili yanıb
Masallıda "VAZ" markalı minik avtomobilində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
İspaniyada bananların arasından 6 tona yaxın kokain çıxıb
İspaniyanın Alxesiras şəhərində polis 6 tona yaxın kokain müsadirə edib. Məlumata görə, İspaniya polisinin keçiridiyi əməliyyat nəticəsində narkotik maddə bananların daşındığı konteynerlərdən çıxarılıb.
İsraildən Ərdoğana cavab: Osmanlı geridə qaldı...
Türkiyə Respublikası prezidentinin təlimat və təhdidlərini qəbul etmirik. Bu barədə İsrailin Kəşfiyyat naziri Yisrail Katz danışıb. “İsrail müstəqil bir dövlətdir və Qüds də onun paytaxtıdır. Sultanlıq və Osmanlı imperatorluğunun günləri bitmişdir”, - Katz bildirib.
Məlahət Abbasova: “Kişilərin xəyanət edə bilməyəcəyi qadın yoxdur”
Uzun illərdir Türkiyədə yaşayan və orada fəaliyyət göstərən azərbaycanlı aktrisa və İstanbul Bələdiyyəsi Şəhər Teatrının bədii rəhbər müavini Məlahət Abbasova etiraf edib ki, həyatda tənhadır. Ömrünün ən gözələnilməz anlarında riskə getməyi sevdiyini deyən ulduz çıxılmaz vəziyyətlə üzləşəndə özünə qapananlardan olmadığını deyib.
Rus yazıçı erməni daşnaklarının dağıdıcı xislətindən yazdı
Rusiyalı yazıçı və tədqiqatçı Dmitriy Preobrajenskinin SSRİ-nin parçalanması səbəblərinə həsr olunmuş "Bjezinski dedi - Qorbaçov etdi" ("Бжезинский сказал - Горбачев сделал") kitabında Dağlıq Qarabağ münaqişəsinə, erməni daşnaklarının dağıdıcı fəaliyyətinə geniş yer ayırıb.
Prezident İlham Əliyev: "Azərbaycan növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlaşır"
Prezident İlham Əliyev XXIII Beynəlxalq "BakuTel-2017" telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına müraciət edib.
Sumqayıtda “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Dekabrın 5-də Sumqayıt şəhəri 8 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub. Tədbirdə məktəbin direktoru Ruhiyə Abdullayeva, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, məktəb direktoru Ruhiyə Abdullayeva çıxışında dövlət quruculuğunda və cəmiyyətin inkişafında gənclərin rolundan danışıb. Qeyd edib ki, gənclərin milli-mənəvi, dini dəyərlərimiz və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində maarifləndirmə işinin düzgün təşkili olduqca vacibdir. Bu baxımdan Dövlət Komitəsinin sifarişi ilə çəkilən və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi təsirli vasitədir.
Müəllim və valideynlərin qəbulu keçiriləcək
Dekabrın 8-də paytaxtın Sabunçu və Xəzər rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə,, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Millət vəkilindən növbəti xeyirxah aksiya
99 saylı Şəmkir Seçki dairəsindən deputat seçilən Sona Əliyeva müntəzəm olaraq seçiciləri ilə görüşərək onların problemləri ilə maraqlanır. Xüsusilə, millət vəkili fiziki qüsurlu sakinlərin problemlərinə daha çox diqqət çəkərək onlara hansısa formada dəstək olmağa çalışır. Bu günlərdə millət vəkilinin müraciəti əsasında daha bir Düyərli kənd sakini Bakı Ortopedik Bərpa Mərkəzi tərəfindən eşitmə cihazı ilə təmin edilib.
Nazir Səlim Müslümov müharibə veteranları və əlillərlə görüşüb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri”, “20 Yanvar”, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi”, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” və “Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliklərinin rəhbər şəxsləri ilə görüş olub.
Hacı Məmmədovun meyitini müayinə edən ekspert danışdı
Dekabrın 3-də müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində intihar edən, adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilmək üçün hazırdır. Bu barədə özəl olaraq Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin rəisi Ceyhun Allahverdiyev məlumat verib.
Mikayıl Cabbarov vergilər naziri təyin edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi haqqında sərəncam imzaladı.
Qripin ölümcül növü yayıldı
Rusiyada qripin ölümcül növü yayılıb. Bu mövsüm vurulmuş peyvəndlərin bu növə təsiri yoxdur. B tipli virus Qərbi Avropada yayılıb, avropalılar qripin bu növünə artıq adaptasiya olublar. Rusiyada isə vəziyyət başqa cürdür.
Bərzanidən Kərkük açıqlaması:“Referenduma görə peşman deyilik”
İraq Kürd muxtariyyətinin başçısı Nerçivan Bərzani ABŞ-ın "Fox News" kanalına danışıb. Məlumata görə, Bərzani bildirib ki, referendumun keçirilməsindən peşman deyillər və bunun yanlış bir zamanda baş vermədiyini hesab edirlər.














