Bərzanidən Kərkük açıqlaması:“Referenduma görə peşman deyilik”

İraq Kürd muxtariyyətinin başçısı Nerçivan Bərzani ABŞ-ın "Fox News" kanalına danışıb. Məlumata görə, Bərzani bildirib ki, referendumun keçirilməsindən peşman deyillər və bunun yanlış bir zamanda baş vermədiyini hesab edirlər.

İraq Kürd muxtariyyətinin başçısı Nerçivan Bərzani ABŞ-ın "Fox News" kanalına danışıb. Məlumata görə, Bərzani bildirib ki, referendumun keçirilməsindən peşman deyillər və bunun yanlış bir zamanda baş vermədiyini hesab edirlər. O, qeyd edib ki, Kürd muxtariyyətinin Kərkük və mübahisəli bölgələri nəzarətə keçirmək kimi bir qayəsi əsla olmayıb: "Doğrusu, nə Bağdad, nə də Ərbilin bu bölgələrdə mütləq idarəetməsi yoxdur. Bu problem İraq konstitusiyası çərçivəsində çözülməlidir, hərbi güclə deyil". N.Barzani İraq mərkəzi rəhbərliyi ilə danışıqlara başlanması ilə bağlı bir suala belə cavab verib: "Bağdad ilə bütün problemləri konstitusiya çərçivəsində dialoqla həll etmək istədiyimizi konkret şəkildə söylədik. Ancaq Bağdad indiyə qədər buna heç bir cavab verməyib" . AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31